AZALın təyyarəsində oksigen balonunun partlaması versiyasını kim ortaya atıb? Rəsmi AÇIQLAMA
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Qazaxıstan Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsində oksigen balonunun partlaması versiyasına aydınlıq gətirib.
Azpost.info xəbər verir ki, nazirlikdən bildirilib ki, bu məlumat ilk dəfə olaraq Rostov hava limanında uçuş direktoru və dispetçerlərdən gəlib.
“Rostovun uçuş direktoru Aktau qülləsinin uçuş direktoruna əlavə məlumat verib ki, təyyarədə sərnişin salonunda oksigen çəni partlayıb, sərnişinlər huşlarını itiriblər və reanimasiya tələb ediblər. Bu məlumat əsasında bütün xilasetmə xidmətlərinə dərhal məlumat verilib”, – nazirliyin Mülki Aviasiya Komitəsindən bildirilib.
Daha əvvəl oksigen balonunun partlaması ilə bağlı məlumatı Embraer E-190 təyyarəsinin sağ qalan bələdçi Zülfüqar Əsədov yalanlayıb.
“Bu doğru deyil, oksigen çəninə bir şey olsaydı, təyyarə parçalanardı. Göyərtəyə qaz balonunun gətirildiyi barədə məlumat da həqiqətə uyğun deyil. Uçuş zamanı bütün sərnişinlər yoxlanılır, içəriyə heç nə gətirmək mümkün deyil. Bu faciəvi vəziyyət təyyarəyə xarici təsir nəticəsində yaranıb”, – o bildirib.
Qazaxıstan Nəqliyyat Nazirliyi Bakıdan Aktauya qədər səmada baş verən hadisələrin xronologiyasını açıqlayıb.
“Dispetçer ekipajın Aktauya uçmaq qərarına gəldiyini bildirdi. Saat 10:53-də Rostovdan əlavə məlumat verilib ki, təyyarənin sərnişin salonunda oksigen çəni partlayıb, sərnişinlər huşlarını itiriblər və reanimasiya tələb ediblər. Bütün xidmətlər və yanğınsöndürmə briqadası xəbərdar edilib. Hava məkanına daxil olmamışdan əvvəl bütün fövqəladə xidmətlər təyyarəni qəbul etməyə hazır idi”, – Qazaxıstan nəqliyyat naziri Marat Karabayev bir gün əvvəl keçirdiyi brifinqdə bildirmişdi.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 27 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















