Icma.az
close
up
RU
AZALın təyyarəsinin vurulmasından sonra kritik qərar: Yeddi ölkə birdən...

AZALın təyyarəsinin vurulmasından sonra kritik qərar: Yeddi ölkə birdən...

Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin Çeçenistanda (Rusiya) vurulmasından sonra Moskva, Sankt-Peterburq, Yekaterinburq, Doni Rostov və Samara daxil olmaqla Rusiyanın beş şəhərinə uçuşları dayandırmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, beynəlxalq qurum öz tövsiyəsini Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi ilə əsaslandırıb.

“Bu, hakimiyyətlə hərbçilər arasında zəif koordinasiya, eləcə də yanlış identifikasiya səbəbindən Rusiya səmasında mülki təyyarələrə təsadüfi hücumlar riski yaradır. Xüsusilə, Ukrayna raketləri və dronlarının ölkənin dərinliklərinə buraxılmasına cavab olaraq istifadə edilən Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən təhlükə yaranır”, - agentlik qeyd edib.

Hazırda heç bir Avropa İttifaqı hava yolları şirkəti Rusiyaya və ya Rusiya üzərindən uçuşlar həyata keçirmədiyi üçün EASA-nın bu çağırışı müharibə ilə bağlı risklərə baxmayaraq, bunu davam etdirən üçüncü ölkə daşıyıcılarına şamil olunur.

Bildirilir ki, artıq 7 xarici aviaşirkət təhlükəsizlik şəraitindən asılı olaraq, Rusiyaya uçuşları qismən ləğv etmək qərarına gəlib. Həmin qurumlar arasında Qazaxıstan, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Türkmənistanın aviaşirkətləri var.

Xatırladaq ki, Bakı-Qorznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra uçuş istiqaməti dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 10 Yanvar 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri