Azan səsinə görə təyyarə təcili eniş etdi
Icma.az, Adelet.az portalına istinadən məlumat verir.
ABŞ-nin "Southwest Airlines" aviaşirkətinə məxsus Neşvil-Fort Loderdeyl reysini həyata keçirən sərnişin təyyarəsi müsəlman sərnişinin telefonunda çalınan azan səsi səbəbindən təhlükəsizlik məqsədilə Atlanta hava limanına təcili eniş edib.
Adalet.az xarici mediaya istinadən xəbər verir ki, bəzi sərnişinlər azan səsini təhlükə siqnalı kimi qiymətləndirərək ekipaja məlumat veriblər. Bundan sonra təyyarə ehtiyat tədbiri olaraq marşrutunu dəyişib. Təyyarəyə daxil olan silahlı təhlükəsizlik əməkdaşları həmin sərnişini yoxlama üçün təyyarədən endiriblər.
Hadisədən sonra FTB və yerli hüquq-mühafizə orqanlarının apardığı araşdırma zamanı heç bir təhlükəsizlik riski aşkarlanmayıb və sərnişinə qarşı ittiham irəli sürülməyib.
"Southwest Airlines" baş verənlərin yanlış anlaşılmadan qaynaqlandığını bildirərək sərnişinlərdən üzr istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 İyul 2026 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















