Icma.az
close
up
RU
“Azarkeş heç bir halda “Neftçi”nin bu halıyla barışmayıb” bəs niyə susduz?

“Azarkeş heç bir halda “Neftçi”nin bu halıyla barışmayıb” bəs niyə susduz?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Neftçi” ölkə kubokunun yarımfinalının cavab oyununda “Sabah”la heç-heçə etdi və ilk oyunun nəticəsinə görə mübarizəni dayandırdı. Bununla “ağ-qaralar” həm də avrokuboklara yollanmaq şansını ardıcıl ikinci mövsüm də əldən verdi.

Maraqlıdı ki, daim tələbkarlığıyla seçilən “Neftçi” azarkeşləri bu dəfə hadisələrə nisbətən laqeyd yanaşdı. Dünən tribunalarda nə “istefa” şüarı səsləndirildi, nə də durumla bağlı hansısa etiraz əlaməti gördük.
Görəsən, bu, nə ilə bağlıdı? Tərəfdarlar artıq durumu qəbul edib və “ağ-qaralar”dan gözləntilər minimum səviyyəyə enib? Yoxsa rəhbərliyin növbəti mövsümlə bağlı vədləri azarkeşləri bir qədər də gözləməyə vadar edir?
“Football-plus..az”ın suallarını “Neftçi” Azarkeş Dərnəyinin rəhbəri Kənan Hənifəyev cavabladı:

“Bu oyunu “Neftçi”nin avrokuboklara yollanmaq üçün son şansı və mövsümün axırıncı matçı kimi qəbul edirdik. Premyer-liqada qalan turlarda qeydə alınacaq nəticələrdən asılı olmayaraq, tunir cədvəlində hansısa hərəkətliliyin önəmi qalmadı. Mövsüm bitdi! Azarkeşlər “futbol ili”nin başlanğıcından bəri problemləri görürdü və sonda belə olacağını proqnozlaşdırırdı. Buna baxmayaraq, komandanın inkişafı və çətin durumdan xilas olması üçün məsul şəxslərlə görüşmüşük və fikir mübadiləsi aparmışıq. İndi əlavə sözə ehtiyac qalmayıb. Komanda üçün yararsız olan futbolçular və məsul şəxslər təcili yola salınmalıdı. Azarkeş heç bir halda “Neftçi”nin bu halıyla barışmayıb. Biz həm tribunada, həm də tribunadan kənarda mübarizə aparırıq. Müşahidə Şurası bu mövsümlə bağlı ciddi təhlil aparmalı, səbəbkarları tapıb dərhal klubdan uzaqlaşdırmalı və “yol xəritəsi” hazırlamalıdı. Baş məşqçi Samir Abasovun qarşısına konkret hədəf qoyulmalı, istədiyi heyəti formalaşdırması üçün zəmin yaradılmalıdı. Ümumiyyətlə, rəhbərlik uzun müddəti əhatə edən plan hazırlamalıdı. İndiki resurslarla yola çıxmaq düzgün deyil. Ümid edirik ki, mövsüm başa çatandan sonra rəsmi açıqlamalar, radikal dəyişikliklər görəcəyik”.

KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Aprel 2025 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see319

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see189

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see151

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri