Icma.az
close
up
RU
Azarkeş qalıb kənarda, “alverçi”lər düşüb ortaya: Futbolumuzda “qara bazar” problemi

Azarkeş qalıb kənarda, “alverçi”lər düşüb ortaya: Futbolumuzda “qara bazar” problemi

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə futbolumuzda üzə çıxan, illərdir problem olaraq qalan, ortada tədbir belə görülməyən məsələ haqqında danışmaq istəyirəm: “Qara bazar”. 

Alverçilərə qarşı heç bir mənfi münasibətim yoxdur. Bir məhsulu topdan şəkildə alıb, müəyyən mənfəət normasında satırlar. Bu gün dırnaqarası “alverçilər”, daha doğrusu “qara bazar”çılar haqda danışacam. Ən gülünc hal odur ki, insanlar heç nə olmamış kimi onlardan bileti alır, bu işlə məşğul olanlara isə normal baxırlar. O insan sənin 5 manat vermək istədiyin bileti əlindən alıb, sənə 30-40 manata verir. Onların “alver”ində əziyyət, əmək yoxdur. İllərdir azarkeşlərin bu barədə şikayətlərinə baxmayaraq, həlli bu qədər sadə olan problemi nəzərə alan yoxdur. Biletlər satışa çıxdığı andan etibarən bir qrup şəxs külli miqdarda alaraq süni şəkildə bahalaşdırır. Biletin qiyməti kağız üzərində 5 AZN-dir. Bir neçə dırnaqarası “alverçi”nin ucbatından biletlərə 25-30 manatdan aşağı pul verə bilmirik. Hətta qiymət bir kənara, heç biletə yaxın da dura bilmirik. Həmin şəxslər konkret olaraq bu işlə məşğuldurlar. Onlar biletlərin satışa çıxdığı anda külli miqdarda bileti mənimsəyirlər. Mən, sizlər və digərləri onlar kimi bekar adamlar deyilik ki, bütün gün kassanın qarşısında durub gözləyək. 

Bəs bunun qarşısını necə almaq olar? “Qara bazar” qarşısında aciz qala biləcəyimiz bir problem deyil. Həlli üçün külli miqdarda vəsait ayırmaq, texnologiya quraşdırmağa ehtiyac yoxdur. Hər şəxsiyyət vəsiqəsinə görə bir bilet satılsa, biletlərin də sadəcə onu alan şəxs tərəfindən istifadə olunmasına icazə verilsə, bu problem aradan qalxacaq. Hər halda bu “alverçilər” öz şəxsiyyəti ilə ən yaxşı halda bir bilet ala bilərlər. Onda “qara bazar” nə edəcək? Bileti alan şəxs bilsə ki, yalnız öz adına alınmış biletlə oyunda iştirak edə bilər, nəyinə lazım hansısa “alverçi”nin cibini doldursun? 

Bir ara analoji addımlar atılırdı. Xatırlayıram, 2017-18-ci illər mövsümündə bilet satışı yuxarıda dediyim üsulla həyata keçirilirdi. “Çelsi”, “Atletiko”, “Roma”nı görmək istəyən hər kəs müəyyən saat aralığında “iTicket”in “Gənclik Mall” filialında gözləyir, şəxsiyyət vəsiqəsini təqdim edərək öz adına bilet alırdı. Sonradan nə oldusa, həmin sistem yoxa çıxdı. Düzdür, “qara bazar” həmin dövrdə də başqa üsullara əl atmağa çalışırdı. Müəyyən pul qarşılığında insanlara biletlər aldırıb, özlərinə götürürdülər. Lakin bunu indiki qədər rahat edə bilmirdilər. 

Təklif edərdim ki, biletin üzərində alan şəxsin ad soyadı və ya şəxsiyyəti təsdiq edən FIN-i yer alsın. Stadiona daxil olarkən biletlə şəxsiyyət vəsiqəsi yoxlanılsın və rahat formada tribunaya daxil olmağa şərait yaradılsın. 

Gedin instaqramda, feysbukda “Qarabağ”ın oyunu ilə bağlı istənilən paylaşıma baxın. Şərhlər “qara bazarçı”larla doludur. Görünən odur ki, bu tip insanlar öz fəaliyyətlərinə rahat şəkildə davam edirlər. 

Dostlar, bu məsələni ciddiyə almalıyıq. Məsələ 5 manatda deyil. Məsələ bu insanların daima bizim yerimizi sui-istifadə etmə potensialında olmasıdır. Bizim olmalı olan şeyi əlimizdən alıb süni şəkildə bizdən xeyir güdməsidir. Nə üçün kimsə mənim haqqıma girməlidir? Məsələn, 10 ildir ki, “Liverpul” azarkeşiyəm. Böyük Britaniyaya yollanıb komandanın oyunlarını izləmək təbii ki, bizlər üçün çox çətindir. Belə olan halda tək variant “Qarabağ”ın Çempionlar Liqası vasitəsilə İngiltərə klubunu Bakıya gətirməsidir. Ölkəmin nəhəngi ilə sevimli komandamın matçını izləmək üçün kiməsə möhtac olmalıyam? Fakt bu, mənim haqqımdır. Bilet istəyir 10 manat olsun, istəyir 100. Dəyəri nədirsə, ödəyib tribunada yerimi alaram. Amma artıq pul ödəmədən, öz dəyərini verərək. 

Nəzərinizə çatdırım ki, “qara bazar” da, “qara bazarçılıq”da cinayət məsuliyyəti daşıyır. Sizlər onlara artıq pul ödəyərək bu cinayətin bir parçası olursuz. Çalışın, belə insanlardan da, bu cür addımlardan da uzaq olun. Sən, mən, bizlər onlardan bilet almasaq, nəticə etibarilə fəaliyyətləri zamanla səngiyəcək. Gəlin, birlikdə “Qarabağ” kimi nəhəng klubun bilet satışının adına yaraşan formada olmasına səy göstərək. Onsuz da, ortastatistik bir azərbaycanlı gəncin maksimum əyləncəsi, stress ata biləcəyi məkanı Çempionlar Liqası kimi turnirin matçını canlı izləməkdir. Bu haqqımızı da başqalarına yedirməyək.

Apasport.az  APA TV-nin problem barədə süjetini təqdim edir: 

Mikayıl Hacıyev

"Neftçi"yə alban müdafiəçi təklif edildi: Abasov bəyənmədi Padel tennis üzrə Bakı şəhər çempionatına yekun vurulub Əvəzedicilər liqası: III turun oyun cədvəli AFFA nümayəndəsi UEFA-nın tədbirində "İmişli"dən yeni transfer
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://apasport.az
archiveBu xəbər 26 Avqust 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri