Azarkeşləri daşıyan mikroavtobus qəzaya uğradı
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yunanıstanın PAOK klubunun azarkeşlərini daşıyan mikroavtobus ağır yol qəzasına uğrayıb.
QOL.az "Skai" telekanalına istinadən xəbər verir ki, faciə Rumıniya ərazisində baş verib. İçərisində 10 azarkeşin olduğu nəqliyyat vasitəsi komandalarını dəstəkləmək üçün Yunanıstandan Fransaya, Avropa Liqasının əsas mərhələsinin 8-ci turu çərçivəsində keçiriləcək "Lion"la oyuna yollanırmış.
Məlumata görə, dəhşətli qəza nəticəsində 7 azarkeş dünyasını dəyişib, 3 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yunanıstan Xarici İşlər Nazirliyi dərhal məsələyə reaksiya verib. Ölkənin Buxarestdəki səfirliyinə və konsulluğuna zərərçəkənlərə, eləcə də onların ailələrinə hər cür köməkliyin göstərilməsi tapşırılıb. Xüsusi nümayəndə heyəti hadisə yerinə və yaralıların yerləşdirildiyi xəstəxanalara yollanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 27 Yanvar 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















