Azarkeşləri “Kəpəz”i, futbolçusu “Qəbələ”ni ziyana saldı
Icma.az bildirir, futbolpress-az portalına istinadən.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın VI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “İmişli” – “Zirə” oyununda Əsasnamənin 14-cü maddəsinin 11-ci bəndinin tələbləri pozulduğuna görə (media sektora kənar şəxslərin daxil olması) “İmişli” klubu 1000 manat cərimə edilsin (maddə 99, 94, 68);
26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Qarabağ” – “Qəbələ” oyununun 1-ci dəqiqəsində “Qəbələ” klubunun 30 nömrəli futbolçusu Prins Ovusu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qəbələ” klubu 1000 manat cərimə edilsin (maddə 44.1);
26.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Şamaxı” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilsin (maddə 43.1);
28.09.2025-ci il tarixində Misli Premyer Liqasında VI turun “Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Kəpəz” klubu 5000 manat cərimə edilsin (maddə 52.5);
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Oktyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















