“Azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq”
futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Premyer Liqasının XXXIV turunun “Turan Tovuz” – “Neftçi” oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– “Neftçi” qələbəyə layiq idi. Müdafiədəki kobud səhvlərimizdən istifadə etdilər.
– Bu mövsüm “Neftçi” məğlub edə bilmədiyiniz yeganə komanda oldu. Bu haqda nə deyə bilərsiniz?
– “Neftçi” seçilmiş futbolçulardan ibarət olan komandadır.
– 4-cü yeri itirmək təhlükəsini hiss etmirsiniz?
– Xeyr. Güman edirəm ki, itirməyəcəyik. Amma azarkeşləri sevirdirə bilmədiyimiz üçün utanırıq.
– Hakim idarəçiliyi sizi qane etdi?
– Bu suala cavab verməyim. Artıq çox şeyi başa düşə bilmirəm.
– Bu heyət avrokuboklar üçün yetərlidir?
– Yox.
– Heyət nə qədər dəyişməlidir ki, avrokuboklar üçün yetərli olsun?
– Bu haqda mən nəsə deyə bilmərəm. Qərarı klubun prezidenti verir.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 27 Aprel 2026 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















