“Azarkeşlərin belə etməsi həvəsləndirir” Vinisiusdan həmin pankarta reaksiya
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının pley-off mərəhləsində “Real” səfərdə “Mançester Siti”ni 2:3 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, məhsuldar keçən qarşılaşmada açılan pankart müzakirlələrə səbəb olub.
Belə ki, yerli azarkeşlər ötən mövsüm “Qızıl Topu” qazanan Rodri üçün pankart açaraq, “Ballon D`or” mərasimində iştirak etməyən “Real”a söz vurub.
“Ağlamağı dayandırın”, - deyə pankartda qeyd olunub.
Sözügedən hadisəyə “Real”ın ulduzu Vinisius Junior belə cavab verib: “Azarkeşlərin belə etməsi məni meydanda çıxış etməyə həvəsləndirir. Əla matç keçirdim”.
Qeyd edək ki, sözügedən oyunda Vinisius matçın ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, Vinisius ötən ilki nüfuzlu “Qızıl top” mükafatına əsas namizəd olsa da, “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri qalib seçilib. Vinisius isə ikinci yeri tutub. Bu səbəbdən “Real”ının heç bir üzvü “Qızıl top” mərasiminə qatılmayıb.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 12 Fevral 2025 07:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















