Icma.az
close
up
RU
Menu

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

Alişan Uzak şehir in setində FOTOLAR

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

Sözün işığında yaşayan insan

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

Payızda bu qidalar immuniteti gücləndirir

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

Dünyanın ən gözəl oğlanı vəfat etdi

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

AZCON un icraçı direktoru: Nəqliyyat sektorunda beynəlxalq standartlara uyğun nəzarət mexanizmləri yaradılacaq MÜSAHİBƏ

AZCON un icraçı direktoru: Nəqliyyat sektorunda beynəlxalq standartlara uyğun nəzarət mexanizmləri yaradılacaq MÜSAHİBƏ

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

APA-Economics” Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayevlə müsahibəni təqdim edir.

- Şahin müəllim, AZCON-un yaradılması hansı zərurətdən irəli gəldi və bu qurum vasitəsilə idarəetmənin hansı istiqamətdə təkmilləşdirilməsi nəzərdə tutulur?

- Son 4 il ərzində nəqliyyat və İKT sektorlarında dövlət müəssisələri ciddi transformasiya mərhələsindən keçib. Sistemli islahatlar nəticəsində mühüm nailiyyətlər əldə olunub, həm xidmət keyfiyyəti, həm də idarəetmənin səmərəliliyi baxımından əhəmiyyətli irəliləyişlər olub.

Bu dövr ərzində tranzit yük dövriyyəsi 2 dəfədən çox artıb. Hava nəqliyyatı ilə daşınan sərnişin sayı isə 2024-cü ildə 7.5 milyon nəfər təşkil etməklə rekord səviyyəyə çatıb. İctimai nəqliyyatın inkişafı istiqamətində Dövlət Proqramı qəbul olunub və tədbirlər icra olunmaqdadır.

İKT sahəsinə gəldikdə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkə ərazisi fiber-optik internetlə təmin edilib. Belə ki, son 4 ildə sabit genişzolaqlı internetin orta sürəti 6 dəfədən çox artaraq 73.6 Mbit/s təşkil edib. Dövlət sektorunda rəqəmsallaşma həyata keçirilib, bu sahədə bir sıra strateji sənədlər və konsepsiyalar təsdiqlənib.

Göründüyü kimi, AZCON-un tərkibinə daxil olan qurumlar əhəmiyyətli inkişaf yolu keçib. Lakin onların növbəti mərhələyə keçidi zəruri idi. Mövcud dövlət müəssisələrinin bir-birindən təcrid olunmuş şəkildə fəaliyyəti və strateji hədəfləri arasında koordinasiyanın zəif olması bir sıra çətinliklər yaradırdı. Belə şəraitdə daha çevik və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi vacib idi. Şəhər nəqliyyatının, beynəlxalq yük və sərnişin daşımalarının əhəmiyyətinin artması və kommunikasiya sahəsində tələblərin yüksəlməsi bu zərurəti daha da aktuallaşdırırdı. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə AZCON-un yaradılması bu ehtiyacı qarşılayan addım oldu. AZCON müəssisələrin inkişafının davamlılığını təmin edərək, onların yeni mərhələyə keçməsinə şərait yaradacaq və qarşılarında geniş imkanlar açacaq.

- Artıq AZCON-un nizamnaməsi təsdiqlənib, vəzifə və səlahiyyətləri müəyyən olunub. Qurumun hədəfləri nələrdir?

- AZCON-un əsas hədəfləri ilk növbədə vahid idarəetmə prinsipini tətbiq etməklə idarəetməsinə verilmiş müəssisələrin əməliyyat səmərəliliyini, rəqabət qabiliyyətini artırmaqla ölkənin ümumi maliyyə dayanıqlığına töhfə verməkdir. Eyni zamanda potensial səhmdarlar üçün şəffaf və cəlbedici mühitin formalaşdırılması da prioritet istiqamətlərdəndir.

Təbii ki, həm ictimaiyyət, həm hökumət, həm də səhmdarın AZCON-un fəaliyyətindən gözləntiləri var. İctimaiyyət daha keyfiyyətli xidmətlər, müasir rəqəmsal həllər və əlçatan informasiya platformaları istəyir. Səhmdar şəffaflıq, dayanıqlı gəlirlilik və idarəetmədə korporativ standartların tətbiqinə önəm verir. Hökumət isə vahid yanaşma və sürətli qərar qəbulu ilə nəqliyyat-kommunikasiya sektorunda milli prioritetə uyğun koordinasiyalı strategiyanın reallaşdırılmasını, dövlət investisiyalarının daha səmərəli yönləndirilməsini, xərclərin optimizasiyasını gözləyir. Bu gözləntiləri qarşılamaq üçün hər bir addımı diqqətlə planlaşdırırıq.

- AZCON-un tabeliyində olan müəssisələrin idarə olunmasında iştirakı hansı idarəetmə modelinə əsaslanır?

- AZCON-un fəaliyyət strategiyası iki əsas istiqamətə ayrılır: birincisi, dövlət müəssisələrinin effektiv və şəffaf idarə olunmasını təmin etmək, ikincisi isə ölkənin iqtisadi inkişafına mühüm töhfələr verməkdir.

Beləliklə, AZCON idarəetməsində olan müəssisələrin mövcud təşkilati yetkinlik səviyyəsini nəzərə alaraq onların fəaliyyətlərinə dəstək göstərəcək. Lakin bu iştirak səviyyəsi müəssisənin mövcud vəziyyətinə və idarəetmə yetkinliyinə əsasən dəyişəcək.

Belə ki, əgər müəssisə təşkilati baxımdan daha az inkişaf edibsə, orada AZCON-un iştirakı daha fəal olacaq – müəssisənin fəaliyyətinə əməliyyat qrupları cəlb olunacaq və çatışmayan kompetensiyalar, resurslar formalaşdırılacaq. Lakin müəssisə yetkinləşdikcə, bu iştirak daha çox strateji istiqamətvermə və kompetensiyalar üzrə dəstəyin verilməsi ilə əvəz olunacaq. Bu yanaşma həm müəssisələrin inkişafına real dəstək verəcək, həm də onların fəaliyyət müstəqilliyini qoruyacaq.

- AZCON müəssisələrin səmərəliliyinin artırılmasında daha çox nəyə fokuslanacaq?

- AZCON funksionallığını effektiv şəkildə həyata keçirmək üçün həm maliyyə gəlirliyinə, həm də davamlı inkişafa fokuslanmağı hədəf alır. Bu iki istiqamət bir-birini tamamlayır. Qeyd olunan yanaşmaların paralel şəkildə tətbiqi, AZCON-a həm maliyyə baxımından dayanıqlı gəlir axını formalaşdırmaq, həm də müəssisələr və sektorlar üzrə uzunmüddətli iqtisadi dayanıqlılığa töhfə vermək imkanı yaradır. Bunun üçün əvvəlcə müəssisələrin diqqət yetirməli olduğu əsas istiqamətlər – prioritetlər düzgün şəkildə müəyyənləşdirilməlidir.

AZCON olaraq biz müəssisələrin gündəlik əməliyyat fəaliyyətlərini təkmilləşdirməklə yanaşı, onların strateji inkişaf planlarını da dəstəkləməyi hədəfləyirik. Bu dəstək institusional inkişaf təşəbbüsləri və davamlı dəyər yaradan layihələrin təşviqi kimi alətləri əhatə edir. Nəticə etibarilə, məqsədimiz hər bir müəssisənin müasir idarəetmə prinsiplərinə uyğun, səmərəli və uzunmüddətli baxışla fəaliyyət göstərən quruma çevrilməsidir.

- Holdinqin fəaliyyət planı artıq hazırdırmı? Hansı prioritet sahələr üzrə addımların atılması nəzərdə tutulur?

- AZCON-un fəaliyyət planı bir neçə strateji istiqamət üzrə hazırlanır. İlk mərhələdə strukturun və əsas korporativ funksiyaların formalaşdırılması, beynəlxalq standartlara uyğun nəzarət mexanizmlərinin yaradılması və portfel şirkətlərin mərkəzləşdirilmiş idarəetməsinin təmin olunması nəzərdə tutulur. Bu çərçivədə korporativ idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlardan biri olaraq “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC “AzInTelecom” MMC, “Aztelekom” MMC və digər bir sıra idarəetmədə olan müəssisələrin Müşahidə Şuralarına ilk dəfə olaraq müstəqil üzvlərin cəlb edilməsi nəzərdə tutulur. Bu yanaşma idarəetmədə şəffaflığın, peşəkarlığın və müstəqilliyin gücləndirilməsini hədəfləyir.

Bundan əlavə, prioritet sahələrin və hədəflərin müəyyənləşdirilməsi, tammiqyaslı sinerji layihələrinin həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda daxili resursların inteqrasiyası, əməliyyat fəaliyyəti və xərclərinin optimallaşdırılmasını təmin edəcək idarəetmə modelinin tətbiq edilməsi nəzərdə tutulur. Maliyyə nizam-intizamının təmin edilməsi üçün gəlir və xərclərin səmərəli proqnozlaşdırılması, şirkətlər arası kapital bölgüsü üzrə şəffaf maliyyə mexanizminin yaradılması da əsas hədəflər sırasındadır.

Paralel olaraq rəqəmsal transformasiyanın həyata keçirilməsi, Müəssisə Resurslarının Planlaşdırılması (ERP) sistemləri və müasir İT nəzarət vasitələrinin tətbiqini planlaşdırırıq.

Hədəfimiz AZCON-u uğurlu və səmərəli fəaliyyət göstərən qabaqcıl holdinqə çevirməkdir. Əminəm ki, AZCON ölkəmizin gələcək inkişafında strateji rol oynayacaq.

- Şahin müəllim, AZCON-un fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın xarici nəqliyyat və kommunikasiya şəbəkələrinə inteqrasiyasının dəstəklənməsidir. Bu istiqamətdə hansı addımların atılması nəzərdə tutulur?

- Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri – xüsusilə Şimal – Cənub və Şərq – Qərb istiqamətləri üzrə tranzit daşımaların artırılması üçün görülən işlər strateji əhəmiyyət daşıyır. Bu kontekstdə Orta Dəhlizin iştirakçısı olan ölkələrlə əməkdaşlığın gücləndirilməsi əsas prioritetlərdəndir.

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirməyə xüsusi önəm verir. Eyni zamanda Çinlə nəqliyyat-logistika sahəsində daha çox investisiyanın cəlbi istiqamətində də fəal çalışırıq. Bu səylərin nəticəsi olaraq Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min tona çatıb ki, bu da 2023-cü illə müqayisədə 86 faiz artım deməkdir. Həmçinin ötən il ərzində Çindən Orta Dəhliz vasitəsilə Azərbaycana göndərilən 287 konteyner blok-qatarı qəbul olunub.

Bununla yanaşı, Bakı – Tbilisi – Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələri Orta Dəhlizin tranzit imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Cənab Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı beynəlxalq nəqliyyat marşrutları üzrə əməkdaşlığın dərinləşdirilməsi və nəqliyyat-logistika qovşaqlarının modernləşdirilməsi əsas müzakirə mövzularından biri olub. Səfər çərçivəsində imzalanmış sənədlər – Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat, beynəlxalq multimodal daşımalar haqqında Saziş, “Bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı” nəqliyyat-logistika sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

Azərbaycan Çinlə birgə şəkildə təhlükəsiz, sabit və səmərəli Transxəzər Çin – Avropa – Çin marşrutunun formalaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və yükdaşımaların effektivliyinin artırılması istiqamətində əməkdaşlığa önəm verir. Eyni zamanda beynəlxalq avtomobil daşımaları üzrə hökumətlərarası sazişin tezliklə razılaşdırılmasına və ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsinə maraqlıyıq.

Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan və Çin arasında “Kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu” da imzalanıb. Bu sənəd ölkəmizin kosmos sahəsində potensialının artırılmasına, innovasiya ekosisteminin inkişafına və insan kapitalının gücləndirilməsinə geniş imkanlar açır. Memorandum çərçivəsində kosmik fəzada elmi və kəşfiyyat missiyalarının həyata keçirilməsi, peyk komponentlərinin tədarükü, telekommunikasiya texnologiyalarının inkişafı, təlim proqramlarının təşkili üzrə əməkdaşlıq nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see234

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see204

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see197

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see191

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see174

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see151

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see139

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see137

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see137

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see136

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see134

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see133

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see130

“Komanda üçün fərqi yoxdur Bakıda çıxış edirik, yoxsa Gəncədə” Marian Kolevin ə MÜSAHİBƏSİ

27 Oktyabr 2025 13:22see130

Türkiyədə güclü zəlzələ İstanbulda da hiss edildi

28 Oktyabr 2025 00:14see127

Dünyanın ən gözəl oğlanı vəfat etdi

27 Oktyabr 2025 08:07see124

Bazu sümüyünü əzələ qatı ilə birlikdə çıxarıb, ömürlük şikəst qoyublar MƏHKƏMƏ

27 Oktyabr 2025 21:49see123

Günəşlidə bir neçə evin altında torpaq çöküb: Metan qazının qoxusundan oturmaq olmur

28 Oktyabr 2025 02:38see122

Keti Perri və Kanadanın keçmiş Baş naziri Castin Trüdo sevgili olduqlarını etiraf etdilər

27 Oktyabr 2025 06:31see122

Həkim kişilərdə daimi yorğunluğun gizli səbəbini müəyyən edib...

27 Oktyabr 2025 22:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri