Icma.az
close
up
RU
Hökumət anlayıb ki, tranzit keçid Ermənistanın inkişafı deməkdir

Hökumət anlayıb ki, tranzit keçid Ermənistanın inkişafı deməkdir

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib ki, Türkiyə ilə intensiv dialoq aparılır və yaxın zamanda bu danışıqlarda nəzərəçarpacaq nəticələr gözlənilir.

Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla daimi sülhün əldə edilməsi gərəkdiyini başa düşüb:

"Çünki Paşinyan özü əvvəlki açıqlamalarında Ermənistanın təbii sərhədlərinə və 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqından ayrıldığı dövrdə imzalanan müqavilələrə əsasən sərhədlərinin müəyyən edilməsini və hüquqi qaydalarla Azərbaycanla sərhədlərin təyin edilməsini, həmçinin daimi sülh əldə edərək Türkiyə ilə normallaşmağı nəzərdə tutduqlarını bildirən çıxışlar edib. Son dövrlərdə Paşinyan, Mirzoyan və digər Ermənistan hökumətinin rəsmiləri də bu fikri dəfələrlə qeyd ediblər. Çünki Ermənistan demoqrafik baxımdan azalır və iqtisadi olaraq çökür. Azərbaycanla sərhədlərin müəyyən edilməsi və daimi sülhün əldə olunmadan, Türkiyə ilə normallaşmadan bu ölkənin uzun müddət yaşaya bilməyəcəyini artıq dərk ediblər".

Politoloq əlavə etdi ki, sülh və normallaşma prosesi ilə yanaşı, Türkiyə və Azərbaycan Ermənistanla sərhədlərini açacaq və bu sayədə Ermənistanda tranzit yol və dəmir yolu keçidlərinin fəaliyyəti başlayacaq:

"Mirzoyan və Paşinyan tranzit yol və dəmir yollarının açılması ilə Ermənistanın iqtisadiyyatının canlanacağını bəyan edirlər və bu, həqiqətən də doğrudur. Cənubi Qafqazda Ermənistanın daha uzun müddət yaşaya bilməsi və təbii olaraq davam edə bilməsi üçün Azərbaycanla sülh Türkiyə ilə normallaşmaqdan başqa yolu olmadığı bir gerçəkdir və Paşinyan hökuməti bunu başa düşür. Əgər daimi sülh əldə olunarsa və Türkiyə ilə normallaşaraq sərhədlər açılarsa, Ermənistan həm öz iqtisadiyyatını, ticarət mallarının satışını və istədiyi malların gətirilməsini asanlıqla təmin edə biləcək, həm də tranzit keçidlərdən əldə edilən gəlirlər sayəsində ölkənin iqtisadiyyatı rahatlayacaq. İqtisadiyyat rahatladıqca, bunun əhali artımına da müsbət təsir göstərəcəyi gözlənilir, çünki ölkədən sıx bir miqdarda miqrasiya baş verdiyi unudulmamalıdır. Bu, həm miqrasiyanın dayanmasına, həm də miqrasiya edənlərin Ermənistana geri dönməsinə imkan yaradacaq. Əgər Ermənistan əhalisini artırarsa, əmək qüvvəsi itkilərini və hərbi əhalisini artırma imkanı və qabiliyyəti əldə edəcəkdir. Hazırda 1991-ci ildən bəri Ermənistan sərhədlərində növbə çəkəcək əsgər belə tapılmır. Buna görə də Rusiyadan sərhədləri qorumaq üçün razılaşma etdiklərini unutmayaq. Yəni Ermənistan əhali baxımından azalır və buna görə də hərbi və işçi qüvvəsi tapmaqda çətinlik çəkir. Ancaq daimi sülh əldə edilsə, nə çox hərbiçiyə, nə də təbii olaraq əhali və iqtisadiyyata ehtiyac olacaqdır. Ermənistan hökuməti bunu yaxşı şəkildə anlayıb ki, tranzit keçid Ermənistanın inkişafı deməkdir. Tranzit keçid Ermənistanın ticarət bazarına çevrilməsi deməkdir. Ermənistanla birlikdə, əlbəttə ki, Azərbaycan, Türkiyə və türk dünyası da bu marşrutu istifadə edərək həm daimi sülhün uzun müddət davam etməsini, həm də Cənubi Qafqazın bütövlükdə iqtisadi və siyasi baxımdan inkişaf imkanlarını əldə edə biləcəklər. Yəni Ermənistanın inkişafı və iqtisadiyyatını düzəltməsi atacağı addımlardan asılıdır. Bu səbəbdən, Türkiyə ilə intensiv şəkildə nümayəndələri vasitəsilə sərhədlərin açılması üçün danışıqlar aparılır və eyni zamanda Azərbaycanla sərhədin müəyyən edilməsi və daimi sülh mövzusunda da mütəmadi görüşlər keçirilir. Mirzoyan və Paşinyan özləri də bildiriblər ki, sərhədlər açılmadan ölkəyə sülh və rifah gəlməsi mümkün olmayacaq", - deyə İsmail Cingöz yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri