Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

AZCONun vəzifələri AÇIQLANDI

AZCONun vəzifələri AÇIQLANDI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) 54 vəzifəsi və 14 hüququ olacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi qurumun Nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, AZCON-un vəzifələri aşağıdakılardır:

- müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

- dövlət müəssisələrinin səhmlərini idarə etmək, habelə dövlət müəssisələrinin balansında olan əmlak və onların nizamnamə kapitalında dövlətə məxsus paylar üzərində bu Nizamnamənin 3.1.32-ci yarımbəndi nəzərə alınmaqla sərəncam, sahiblik və istifadə hüquqlarını həyata keçirmək;

- dövlət müəssisələri arasında mövcud resurslardan səmərəli istifadəni, innovasiyaların tətbiqini və rəqabət üstünlüyünü təmin edərək sahələrarası inteqrasiyanı təkmilləşdirmək;

- dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrə investisiyaların, o cümlədən xarici investisiyaların cəlbinin stimullaşdırılması ilə bağlı tədbirlər görmək, investisiya fəaliyyətini (investisiya təşəbbüslərinin irəli sürülməsi də daxil olmaqla) həyata keçirmək və investisiyaları səmərəli idarə etmək;

- dövlət müəssisələrinin inkişaf və biznes planlarını təsdiq etmək və onların monitorinqini aparmaq;

- milli və müvafiq sahə (sektor) üzrə prioritetlərə uyğun olaraq, milli iqtisadiyyatın və müvafiq sahənin (sektorun) inkişafına töhfə vermək;

- dövlət müəssisələrinin fəaliyyətini, habelə iqtisadi və maliyyə vəziyyətini təhlil etmək, onların fəaliyyətinin əlaqələndirilməsi və təkmilləşdirilməsi, iqtisadi səmərəliliyinin yüksəldilməsi, o cümlədən maliyyə vəziyyətinin yaxşılaşdırılması və gəlirlərinin artırılması üçün tədbirlər görmək;

- dövlət müəssisələrinin fəaliyyət göstərdiyi sahələrdə xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görmək;

- dövlət müəssisələri arasında əməkdaşlığı, innovasiyaları, habelə bilik və resursların səmərəli yayılmasını təşviq etmək üçün mərkəzlər və təcrübə mübadiləsi mexanizmləri yaratmaq və onların maliyyələşdirilməsini təmin etmək;

- Mülki Məcəlləyə uyğun olaraq, dövlət müəssisələri adından əqdlər bağlamaq, əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək;

- Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla, dövlət müəssisələrinin Mülki Məcəlləyə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələləri Prezidentlə razılaşdırmaqla həll etmək;

- dövlət müəssisələrinin restrukturizasiyası ilə bağlı tədbirlər görmək;

- dövlət müəssisələrinin hesabatlarına dair tələbləri müəyyənləşdirmək, həmin hesabatların monitorinqini aparmaq və onları təsdiq etmək;

- dövlət müəssisələrinin idarə olunmasına dair korporativ idarəetmə standartlarını təsdiq etmək və onların fəaliyyətinin həmin standartlara uyğun təşkilinə nəzarət etmək;

- dövlət müəssisələrində əsas səmərəlilik göstəricilərini müəyyən etmək və onların icra vəziyyətinə nəzarət etmək, habelə həmin göstəricilərin təhlil və monitorinqinin nəticələri əsasında dövlət müəssisələrinin fəaliyyətini qiymətləndirmək;

- AZCON-un və dövlət müəssisələrinin büdcə proqnozlarını, gəlir və xərclər smetalarını təsdiq etmək və onların icrasının monitorinqini aparmaq;

- dövlət müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi əsasında mükafatlandırma siyasətinin həyata keçirilməsi üçün tədbirlər görmək;

- dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması məqsədilə onlardan zəruri məlumatları və hesabatları tələb etmək, bu məlumatları və hesabatları təhlil edərək, onların idarəetmə orqanlarına müvafiq göstərişlər vermək;

- dövlət müəssisələrində rəqəmsal inkişaf prosesinə nəzarət etmək;

- dövlət müəssisələrinin idarəetmə orqanlarının və onların tərkibinin formalaşdırılması üçün tədbirlər görmək;

- dövlət müəssisələrinin idarəetmə orqanlarının fəaliyyətini təhlil etmək;

- dövlət müəssisələrinin maliyyə resurslarına əlverişli çıxış imkanlarının yaradılması ilə bağlı kompleks tədbirlər görmək;

- dövlət müəssisələrinin rəqabət qabiliyyətini artırmaq, onların rəqabət qabiliyyətinə və ixrac potensialına təsir edən amilləri araşdırmaq;

- dövlət müəssisələrinin beynəlxalq bazarlarda inkişaf potensialını təhlil etmək və xarici bazarlara çıxış imkanlarının artırılması məqsədilə tədbirlər görmək;

- AZCON-un adından Azərbaycanda və ölkə hüdudlarından kənarda aktivlərin alınmasını, idarə olunmasını, habelə daxili və xarici borclanmanı həyata keçirmək, eləcə də dövlət müəssisələrinin müraciəti əsasında onların özləri tərəfindən belə fəaliyyətin həyata keçirilməsinə razılıq vermək;

- AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinin müntəzəm monitorinqinə və qiymətləndirilməsinə imkan verən hesabatlılıq sistemini və onların fəaliyyəti barədə məlumatları özündə əks etdirən vahid informasiya sistemini yaratmaq;

- AZCON-un və dövlət müəssisələrinin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı monitorinq aparmaq və onun nəticələrinə əsasən tədbirlər görmək;

- dövlət müəssisələrinin əmlakından təyinatı üzrə səmərəli istifadəyə nəzarət etmək, dövlət müəssisələrinin müraciəti əsasında onların öz və törəmə müəssisələrinin əmlakının balansdan-balansa verilməsinə, qiymətləndirilməsinə, habelə onlar tərəfindən həmin əmlakın təyinatının dəyişdirilməsinə, istifadəyə və ya icarəyə verilməsinə, Prezident ilə razılaşdırmaqla girov (ipoteka) qoyulmasına, satılmasına, AZCON-un və dövlət müəssisələrinin iştirak etdiyi layihələrə pay şəklində qoyulmasına, silinməsinə (ləğv edilməsinə) razılıq vermək;

- AZCON tərəfindən hüquqi şəxslərin (o cümlədən onların filial və nümayəndəliklərinin) yaradılmasına, yenidən təşkilinə və ləğv olunmasına dair qərar qəbul etmək, eləcə də dövlət müəssisələrinin müraciəti əsasında onların özləri tərəfindən belə fəaliyyətin həyata keçirilməsinə və hüquqi şəxslər yaradıldıqda onların əmlakının pay şəklində qoyulmasına razılıq vermək;

- AZCON-un və dövlət müəssisələrinin istifadəsi üçün ayrılmış dövlət torpaqlarından təyinatı üzrə istifadəyə nəzarət etmək, bu torpaqlardan istifadə hüquqlarının dövlət müəssisələri arasında ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına torpaq qanunvericiliyinə uyğun olaraq razılıq vermək;

- kontragentlərdən təhvil alınmış aktivləri əvəzsiz olaraq dövlət müəssisələrinin balansına ötürmək;

- dövlət müəssisələrinin və səhmləri (payları) AZCON-na məxsus olan birgə müəssisələrin təsis sənədlərində dəyişikliklər edilməsi, AZCON-un payının azaldılması, artırılması və özgəninkiləşdirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla qərar qəbul etmək;

- dövlət müəssisələrində xarici iqtisadi əlaqələrə aid bütün məsələlərin mərkəzləşdirilmiş qaydada təşkili və həlli barədə qərar qəbul etmək;

- AZCON-un və dövlət müəssisələrinin fəaliyyətinin maliyyələşdirilməsi və inkişaf etdirilməsi məqsədilə dövlət müəssisələri tərəfindən qiymətli kağızlar, o cümlədən istiqrazlar buraxılması barədə qərar qəbul etmək;

- dövlət müəssisələrinin (publik hüquqi şəxslər istisna olmaqla) iflas (müflisləşmə) proseslərinin həyata keçirilməsi ilə bağlı tədbirlər görmək;

-dövlət müəssisələri tərəfindən Azərbaycanın adından alınan borc hesabına maliyyələşdirilməsi təklif edilən layihələrin və kreditlərin zəmanətlə alınması barədə müraciətlərin zəruriliyini, prioritetliyini, maliyyə dayanıqlığını, ölkənin sosial-iqtisadi inkişafına təsirini qiymətləndirmək;

- dövlət müəssisələrinin fəaliyyətindən əldə olunmuş vəsait üzərində sərəncam vermək;

- AZCON-a, habelə dövlət müəssisələrinə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

- AZCON-un mərkəzləşdirilmiş fondlarını yaratmaq, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında” Prezidentin 7 noyabr 2024-cü il tarixli Fərmanına əsasən dövlət müəssisələrinin AZCON-a ödədikləri vəsaiti həmin mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və bu vəsait üzərində sərəncam vermək;

- dövlət müəssisələrində insan resurslarının idarə olunması ilə bağlı siyasət və qaydaları müəyyən etmək;

-AZCON və dövlət müəssisələri tərəfindən məhsulların (mal, iş və xidmətlərin) satın alınması qaydalarını “Dövlət satınalmaları haqqında” qanuna uyğun olaraq müəyyən etmək və həmin qaydaların icrasına nəzarət etmək;

- AZCON və dövlət müəssisələri tərəfindən həyata keçirilən layihələrin, o cümlədən birgə layihələrin təşəbbüsçüsü, icraçısı və ya sifarişçisi olmaq, layihələri idarə etmək və bu sahədə nəzarəti həyata keçirmək;

- dövlət müəssisələrində maliyyə, əməliyyat və daxili nəzarət proseslərinin qiymətləndirilməsi məqsədilə müntəzəm audit yoxlamalarını həyata keçirmək və aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

- müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Prezidentin 12 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq təşkil etmək;

- öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

- AZCON-un strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;

- dövlət və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görmək;

- AZCON-un informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

-fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

- kargüzarlığı və vətəndaşların qəbulunu müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək, AZCON-un əməkdaşlarının əlavə təhsili və peşəkarlığının yüksəldilməsi üçün tədbirlər görmək;

- qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək;

- müvafiq sahədə peşəkar mütəxəssislər hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər vermək və onların həyata keçirilməsində iştirak etmək;

- Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn və AZCON-un səlahiyyətinə aid olan məsələlərlə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

- bu Nizamnamə ilə və Prezidentin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.

AZCON-un hüquqları isə aşağıdakı kimi müəyyənləşib:

- müvafiq sahədə normativ hüquqi aktın layihəsinin qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh edilməsi, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti üzrə təkliflər vermək;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;

- əməkdaşlarını dövlət təltiflərinə və mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

- müvafiq sahədə beynəlxalq müqavilələrə Azərbaycanın tərəfdar çıxması barədə təkliflər vermək;

- müqavilə əsasında müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

- beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

- dövlət orqanlarına, qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

- bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində dövlət müəssisələrinə icrası məcburi olan göstərişlər vermək və bundan irəli gələn digər tədbirlər görmək;

- fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;

- fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı konfranslar, müşavirələr, seminarlar keçirmək və digər tədbirlər təşkil etmək;

- sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, təsərrüfat cəmiyyətləri yaratmaq və ya onlarda iştirak etmək;

- dövlət müəssisələrinə ödənişli və ödənişsiz xidmətlər təqdim etmək;

- xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;

-bu Nizamnamə və Prezidentin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri