Icma.az
close
up
RU
“Azdramada” davalı iclasda nə baş verib: “Ora bizi gülünc şəkildə çağırdılar” ƏMƏKDAR ARTİST

“Azdramada” davalı iclasda nə baş verib: “Ora bizi gülünc şəkildə çağırdılar” ƏMƏKDAR ARTİST

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Xəbər veridiyimi kimi, Akademik Milli Dram Teatrının (“Azdrama”) səhnə arxasında əlbəyaxa dava baş verib. 

Belə ki, dava teatrın bədii şurasının iclasında baş verib. Mətbuatda yayılan məlumata görə, Xalq artisti Əli Nur çıxışı zamanı başqa teatrdan dəvət olunan aktyor və rejissorlara etiraz edib. Aktyor deyib ki, "Azdrama"ya təsadüfi rejissorlar dəvət etmək olmaz və bununla bağlı fikrini təhlil edib. Mübahisə yaranıb və aktyorlardan bir neçəsi Əli Nurun üstünə hücuma keçərək ona yumruq atıblar. Vəziyyətin dramatik həddə çatacağını görən Xalq artisti Sabir Məmmədov hadisəyə biganə qala bilməyib. 

Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov dava edənləri qucaqlayaraq iclas otağından çıxardaraq hadisə yerindən uzaqlaşdırıblar. Aktyor deyir ki, teatrın bədii şurasında belə hadisə 150 ildə ilk dəfə baş verib. Xalq artisti Əli Nurun baş verən hadisə ilə Respublika Prokurorluğuna şikayət etdiyi deyilsə də, teatr bu xəbəri təkzib edib:

“Aprelin 4-də Akademik Milli Dram Teatrında Bədii şuranın iclası keçirilib. İclas zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaranıb.  Aktyorlar arasında qeyd olunan fakt iclasdankənar məsələ - tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu ilə bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda 3 tamaşanın məşqi aparılır",

Məsələ ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova isə xəbəri təsdiqləyib:

"Davanın səbəbi kimi kənar teatrlardan gələn aktrisanı deyə bilmərəm, mən yalnız rejissoru eşitmişəm. O iclasa çox qəribə və gülünc şəkildə çağırış oldu. “Narazı olanlar gəlsin” deyilmişdi. Mən isə dəfələrlə demişdim ki, xahiş edirəm, açıq iclas keçirilsin. Bu, tələb deyil, sadəcə bir xahişdir. Media nümayəndələri də orada olsun, Mədəniyyət Nazirliyindən də nümayəndə iştirak etsin ki, biz açıq şəkildə dərdimizi deyə bilək. Ona görə də gizlincə iclas keçirdilər. 

O da alınmadı. İclasın da axırı budur”. Mehriban Xanlarova Əli Nura bəyə hücum edənlərin kim olduğunu bilmədiyini qeyd edib: “İclasa heç kim getməyib. Əli Nur, Rafiq Əzimov, Zemfira Nərimanova, Füzuli Hüseynov və direktorumuz orada olublar. Əli bəyə hücum edənlərin kim olduğunu bilmirəm. Bildiyim tək şey odur ki, Allah direktorumuza can sağlığı versin. O və Sabir Məmmədov vəziyyətə müdaxilə edib, araya girərək Əli bəyi iclasdan çıxarıblar. Mən belə bilirəm. Amma hucumdur, nədir, onu yəqin ki özü açıqlayacaq”. 

Hadisə zamanı teatrda olduğu deyilən Xalq artisti Rafiq Əzimov isə bu barədə danışmaq istəmədiyini deyib:

“Mən heç nə deyə bilmərəm. Əli Nurun özündən soruşun”. Əli Nir isə telefon zənglərinə cavab verməyib.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: “Azdramada” dava Əli Nur Mehriban Xanlarova Rafiq Əzimov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri