Icma.az
close
up
RU
Azəbaycan Avropa Kənd Təsərrüfatı Komissiyasının sessiyasında təmsil olunub

Azəbaycan Avropa Kənd Təsərrüfatı Komissiyasının sessiyasında təmsil olunub

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Kənd Təsərrüfatı Komissiyasının (ECA) 44-cü sessiyasında təmsil olunub.

Bakıvaxtı.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, tədbirə 48 ölkədən dövlət qurumlarının yüksək səviyyəli rəhbər şəxsləri, özəl sektor, beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər və ekspertlər qatılıb. Azərbaycanı beynəlxalq tədbirdə nazirliyin Aparat rəhbəri Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Azərbaycan rəsmisi "Kənd təsərrüfatının inkişafına yönələn strateji siyasət və yanaşmalar" mövzusunda təqdimat edib. O bildirib ki, ölkəmizdə təbii resurslardan səmərəli istifadə etməklə məhsuldarlığın artırılmasına xidmət edən dayanıqlı aqro-ərzaq sistemlərinin inkişaf etdirilməsi prioritet təşkil edir və bununla bağlı dövlət tərəfindən çoxşaxəli dəstək tədbirləri həyata keçirilir.

A.Cəfərli Azərbaycanda dayanıqlı və inklüziv aqro-ərzaq sistemləri yaradılması, aqrar sahədə suya və enerjiyə qənaət edən innovativ texnologiyaların tətbiqi, dəqiq əkinçiliyin inkişaf etdirilməsi, torpaqların konsolidasiyası, rəqəmsal transformasiya, "yaşıl kənd təsərrüfatı"na keçid, iqlim dəyişikliyinin təsirlərinin və istixana qazları emissiyasının azaldılması, iqlimə davamlı kənd təsərrüfatına investisiyalar, kənd yerlərinin inkişafı, aqrar sahədə qadın və gənclərin rolunun artırılması sahələrində görülən işləri diqqətə çatdırıb, bu sahədə dövlət dəstəyi tədbirləri barədə məlumat verib.

Tədbir çərçivəsində Azad Cəfərli BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi, Baş direktorun köməkçisi Viorel Gutu, eləcə də Türkiyə, Özbəkistan, Danimarka, Ukrayna, İtaliyanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyi, elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid sahəsində Azərbaycanın böyük uğurlar qazandığı vurğulanıb, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.

Aparat rəhbəri bildirib ki, son illərdə Azərbaycan iqlimə davamlı kənd təsərrüfatına investisiyaları əhəmiyyətli dərəcədə artırıb. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur "yaşıl zona" kimi inkişaf etdirilir. Bu ərazilərdə kənd təsərrüfatının inkişafı bərpa olunan enerji, ağıllı suvarma texnologiyaları, müasir logistika infrastrukturu və s. əsasında aparılır. O, Azərbaycanda "ağıllı kənd" konsepsiyasının geniş tətbiq olunduğunu da diqqətə çatdıraraq Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən pilot layihənin bu baxımdan müasir kənd təsərrüfatı texnologiyaları, bərpa olunan enerji mənbələri, innovativ sosial xidmətlərin inteqrasiyasını nümayiş etdirdiyini qeyd edib.

Ölkəmizdə son illərdə iqlim əsaslı kənd təsərrüfatının prioritet kimi müəyyən edildiyini bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri ölkədə ekoloji kənd təsərrüfatının inkişafı, suya və enerjiyə qənaət edən texnologiyaların tətbiqi, torpağın mühafizəsi və təkmilləşdirilməsi, iqlim dəyişikliyinin təsirlərinin və istixana qazları emissiyasının azaldılması sahəsində görülən işləri də diqqətə çatdırıb, bu sahədə dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Qeyd edib ki, ölkədə üzvi əkinçiliyin, kimyəvi gübrə və pestisidlərdən istifadənin azaldılmasının təşviqi üçün xüsusi subsidiyalar və sertifikatlaşdırma sxemləri tətbiq edilir, müasir suvarma sistemlərindən istifadə edən fermerlərə dövlət dəstəyi göstərilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Oktyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri