Azər Allahverənov Kürdəxanı qəsəbəsində vətəndaşların qəbulunu keçirib
Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.
Milli Məclisin deputatı Azər Allahverənov Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbədə yaşayan sakinlərin növbəti qəbulunu keçirib.
Qəbul zamanı Kürdəxanı sakinləri əsasən məhəllələrin abadlaşdırılması, yolların işıqlandırılması, yollarda zəruri təhlükəsizlik tədbirlərinin və qəsəbə ərazisində sosial infrastrukturun genişləndirilməsi ilə bağlı müraciətlər ediblər.
Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb və aidiyyəti üzrə müvafiq qurumlar tərəfindən baxılması üçün zəruri prosedurlara başlanılıb.
Qəbul zamanı vətəndaşların diqqətinə çatdırılıb ki, hər bir müraciət aidiyyəti üzrə araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaqdır.
Həmçinin qəbul zamanı sakinlərə qaldırılan məsələlərin icrası barədə mütəmadi məlumat veriləcəyi və aidiyyəti qurumlarla koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.
Deputat Azər Allahverənov Kürdəxanı sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün bütün lazımi tədbirlərin görüləcəyini diqqətə çatdırıb və cari qəbuladək həllini tapan, o cümlədən icraatda olan məsələlər barədə məlumat verib.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 24 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















