Icma.az
close
up
RU
Azər Allahverənov: Rusiyadakı qərar Azərbaycandan olan qanunsuz miqrantlara da toxunacaq

Azər Allahverənov: Rusiyadakı qərar Azərbaycandan olan qanunsuz miqrantlara da toxunacaq

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

 Hətta aşkarlananlarla bağlı sərt qərarlar qəbul oluna bilər


Rusiyada təhlükəsizlik qüvvələri fitnes klublarına basqın etməyə başlayıb.

Bu barədə "Azadlıq" radiosu məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis vətəndaşlığı olmayan kişi ziyarətçilərlə maraqlanır.

Qeyd olunub ki, rusiyalıların da hərbi xidmətdən yayınıb-yayınmaması yoxlanılır:

"Onlar Rusiyanın vətəndaşı olmayanları xuliqanlıqda və ya miqrasiya qanunvericiliyini pozmaqda ittiham edib, sonra deportasiya olunmalarına çalışırlar. Reydlər Rusiyanın müxtəlif şəhərlərində keçirilir. Xüsusilə, martın 30-da Moskvanın cənub-şərqində yerləşən “Spirit Fitness” klubuna basqın barədə məlumat yayılıb. Daha sonra klubun digər filialında reyd olub. Qadınları sərbəst buraxıb, kişiləri isə yerə uzadıb, sonra etnik zəminə görə ayırıblar. Bundan sonra təhlükəsizlik qüvvələri həmin şəxslərdən pasportlarını tələb ediblər".

Nəşr vurğulayıb ki, Rusiya təhlükəsizlik qüvvələrinin sxemi Rusiya vətəndaşlarını idman klublarından hərbi komissarlığa, əcnəbi əmək miqrantlarını isə sonradan deportasiya olunmaqla xarici vətəndaşlar üçün müvəqqəti saxlama mərkəzlərinə çatdırmaqdır.

Qeyd edək ki, 1 apreldən Rusiyada həqiqi hərbi xidmətə çağırış başlayıb.



"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a bildirib ki, aprel ayının beşində, bu reydlər başlamalı idi:

“Artıq fevral ayından etibarən bu reydlər qismən həyata keçirilməyə başladı. Bildiyiniz kimi, Rusiya Federasiyası çox ciddi şəkildə qanunsuz miqrasiya ilə mübarizəyə start verib və artıq fevral ayından etibarən bəzi istiqamətlərdə belə reydlərin keçirildiyinin şahidi olduq. Ümumiyyətlə miqrantlara möhlət verildi ki, qanunsuz əsaslarla ölkə ərazisində yaşayırlarsa, öz statuslarını leqallaşdırsınlar. Hüquq mühafizə orqanları ciddi şəkildə, həmin reydləri miqrantların kompakt yaşadığı ərazilərdə keçirməklə qanunsuz əsaslarla ölkə ərazisində yaşayan miqrantların müəyyən olunması istiqamətində tədbirlərə başlayıblar. Bu, ölkə ərazisində qanunsuz yaşayan bütün şəxslərə şamil olunacaq bir yanaşmadır. Çünki əgər şəxs ölkə ərazisində qanunsuz əsaslarla yaşayırsa, o  bilməlidir ki, gec ya tez, haqqında hansısa qərar ola bilər. Digər tərəfdən bu qərar Azərbaycan Respublikasından olan qanunsuz miqrantlara da toxunacaq. 2024-cü  ilin payız aylarında, müəyyən statistik rəqəmlər verilmişdi və orada təqribən 80-100  minə yaxın Azərbaycan Respublikasının vətəndaşının guya ki, qanunsuz əsaslarla ölkə ərazisində yaşaması bildirilmişdi. Yəni bu o deməkdir ki, həmin reydlər məhz bu şəxslərə də toxunacaq. Hətta aşkarlananlarla bağlı sərt qərarlar qəbul oluna bilər. İndiki yeni qaydalara görə, şəxs ölkə ərazisində yalnız son bir il ərzində yalnız 90 gün müddətində qala bilər. Yəni bu o deməkdir ki, bir il ərzində 90 gün tamam olmursa, bir neçə dəfə giriş edə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Aprel 2025 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri