Icma.az
close
up
RU
Azər Bağırov: Əsas işimiz komandanı Premyer Liqada saxlamaqdır İdman və Biz

Azər Bağırov: Əsas işimiz komandanı Premyer Liqada saxlamaqdır İdman və Biz

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun futbolinfo.az saytına müsahibəsi

- “Kəpəz”ə baş məşqçi təyin olunandan sonra komandanızdakı dəyişiklikləri necə dəyərləndirirsiniz?

- Əslində, bu haqda çox düşünmürəm. Qarşıda hələ 18 tur var. Komanda hazırda 9-cu yerdə qərarlaşıb, lakin bu, o demək deyil ki, artıq öz işimizi yerinə yetirmişik. Gələcək haqqında düşünərək irəliləməli və turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmağa çalışmalıyıq.

- Transfer dönəmində komandada nə kimi dəyişikliklər etməyi planlaşdırırsınız? Konkret olaraq hansı mövqeləri gücləndirmək niyyətindəsiniz?

- Bəzi dəyişikliklər etmək vacibdir. Əsasən hücum xəttini gücləndirməyi və orada rəngarənglik yaratmağı planlaşdırırıq. İnşallah, yaxın zamanda transferlərimizi həyata keçirəcəyik.

- Mövsümün qalan hissəsi üçün əsas hədəfləriniz və gözləntiləriniz hansılardır?

- Çətin olacaq. Bütün komandalar güclənməyə çalışır. Biz də üstün cəhətlərimizi daha da artırmaq, zəif nöqtələrimizi isə minimuma endirmək üçün çalışacağıq.

- Hazırda komandadakı legioner futbolçularla bağlı bəzi problemlərin olduğu bildirilir. Onları komandadan göndərmək planlarınız varmı?

- Komandanı götürəndə bəzi legionerlərlə yola davam etmək məcburiyyətində idik. Elə bir mərhələ gələ bilər ki, onlarla sağollaşmaq qərarı verək. Hər məşqçinin öz futbol baxışı var. Bu istiqamətdə bəzi dəyişikliklər etməyi planlaşdırırıq.

- Gəncə futbolunun inkişafı üçün sizcə “Kəpəz”in daha hansı addımları atması lazımdır?

- “Kəpəz” rəhbərliyi imkanlardan maksimum istifadə edərək həm klub daxilində, həm də biz məşqçilər üçün şərait yaradıb. Premyer Liqada qaldıqdan sonra daha uzunmüddətli plan hazırlamaq istəyirik. İnşallah, bu planla klubumuz daha uğurlu bir yol gedər.

- “Kəpəz”in oyun tərzində hansı əsas dəyişiklikləri etmisiniz? Hazırkı sistemi davam etdirmək niyyətindəsiniz, yoxsa yeni taktiki dəyişikliklər gözlənilir?

- Böyük taktiki dəyişikliklər gözlənilmir. Sadəcə, komandaya dəvət edəcəyimiz futbolçuların xüsusiyyətlərini nəzərə alaraq heyəti uyğunlaşdırmağa çalışırıq. Nələrisə köklü şəkildə dəyişmək əvəzinə mövcud sistemi daha da təkmilləşdirmək istəyirik.

- Komandanın motivasiyasını yüksəltmək üçün hansı üsullardan istifadə edirsiniz?

- Futbolçularla fərdi söhbətlər aparırıq. Ən vacib faktor ailəvi mühit yaratmaqdır. Məncə, ən güclü motivasiya mehriban kollektivin formalaşmasıdır.

- Mövcud oyunçu heyətindən hansı futbolçular sizi daha çox razı salıb? Onların inkişafını necə görürsünüz?

- Meydançada olan hər bir futbolçu bizim üçün vacibdir. Onlar üçün də önəmli olan bərabər səviyyədə rəqabətin olmasıdır. İdman elə bir sahədir ki, orada daim rəqabət olmalıdır. Bunu komanda daxilində nə qədər artıra bilsək, futbolçularımız inkişaf edəcək və turnir cədvəlindəki yerimiz daha da yaxşılaşacaq.

- Transfer dönəmində yerli futbolçulara üstünlük verməyi düşünürsünüz, yoxsa daha çox legionerlərə yönələcəksiniz?

- Əslində, yerli futbolçuları daha çox istərdik. Çünki istədiyimiz mövqedə yerli futbolçular sarıdan böyük problemlər var. Orta sahəyə yerli oyunçu tapmağı çox istəyərdik. Ancaq təəssüf ki, yerli futbolçuların öz klubları ilə müqavilələləri var. Buna görə də komandadan ayrılmaq çox çətindir.

- Gənc oyunçuların əsas komandaya cəlb olunması ilə bağlı hansı planlarınız var? Akademiya ilə əməkdaşlığı necə gücləndirmək istəyirsiniz?

- Akademiya və əvəzedici heyətlə bağlı hazırda elə də böyük planlarımız yoxdur. Çox incə məqama toxunmusunuz. Çünki reallığı danışsaq, ən böyük işimiz komandanı Premyer Liqada saxlamaq və daha planlı iş görməkdir. Ona görə bu gün aşağılara daha çox fikir versək, əsas komanda bir az unudular. Hazırda liqada bərkiməliyik. İnşallah, gələn illərdə daha köklü işlər görərik.

- Bu mövsüm komanda azarkeşlərinin dəstəyi sizi nə dərəcədə razı salıb? Azarkeşlərlə daha yaxın əlaqə qurmaq üçün nə kimi planlarınız var?

- Azarkeşlərlə həmişə sıx ünsiyyətdə olmuşam. İlk vaxtlarda tanınmayan Azər Bağırovun mehriban qarşılanmamağı var idisə, bu gün sağ olsunlar, hər bir halda komandaya dəstəkdirlər. Hətta bəzi dostlarımız var ki, ilk günlər onların azarkeşliyi bir az qıcıq yaradırdı. Lakin indi həmin insanlarla çox yaxşı münasibətimiz var. Fürsətdən istifadə edib, bütün Gəncəni, “Kəpəz”sevərləri komandamızın yanında olmağa səsləyirəm. İnşallah, bu il “Kəpəz” də öz növbəsində Premyer Liqada qalaraq onları sevindirərək, daha da güclü bir kluba çevrilər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Yanvar 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri