Azər Bağırov general mayorla görüşdə olub, ancaq şəklə düşməyib
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mayın 1-də - “Sumqayıt”la oyun ərəfəsində Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev “Kəpəz”in akademiyasına baş çəkib. Bu barədə klubun mətbuat xidməti məlumat verilib.
Əvvəlcə xəbərlə tanış olaq:
“Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Teymur Hacıyev Akademiyamıza baş çəkib. Görüşdə klub rəsmiləri, komandanın məşqçilər heyəti və futbolçular iştirak ediblər. Əvvəlcə Teymur Hacıyevə akademiyanın infrastrukturu və fəaliyyəti barədə məlumat verilib, mövcud şəraitlə yaxından tanışlıq olub. Daha sonra Baş Polis İdarəsinin rəisi komanda üzvləri ilə görüşərək onlarla söhbət edib. Görüş zamanı polis general-mayoru futbolçulara qarşıdakı oyunlarda uğurlar arzulayıb, onlara həm idmanda, həm də şəxsi həyatlarında müvəffəqiyyətlər diləyib. O, hər zaman “Kəpəz” klubunun yanında olduğunu bildirib”.
Məşqçi heyətinin də görüşdə olduğu deyilsə də, baş məşqçi Azər Bağırov gözə dəymədi. Klubun Media və Marketinq Departamentinin rəhbəri Gəray Qiyasov bu barədə “Futbol+”ə açıqlama verib. O, bəzi səbəblərdən Bağırovun şəkildə olmadığını vurğulayıb. Gəray bəyə inansaq, baş məşqçi görüşün əvvəlindən sonuna qədər orda olub.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 06 May 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















