Icma.az
close
up
RU
Azər Bağırov: İnam ən güclü silahdır

Azər Bağırov: İnam ən güclü silahdır

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Kəpəz" Misli Premyer Liqasının 8-ci turunda səfərdə "Şamaxı"nı 4:1 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuaat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bu qələbəni azarkeşlərimizə, xüsusilə azyaşlı azarkeşimiz Babəkə həsr edirik. Çətin oyun olacağını bilirdik. Stressdən, gərginlikdən çıxmaq üçün yol axtarırdıq. İnanıram ki, bu qələbə açar olacaq. Yaxşı komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Rəqibi təhlil etmişdik. Şükürlər olsun ki, bu gün qələbə qazandıq.

- Babək kimdir?

- Gəncədən gələndə məni inandırdı ki, qələbə qazanacağıq. Onun sözləri mənim üçün xüsusi motivasiya idi. Buna görə onun adını çəkdim.

- Sanki Ayxan Abbasovla aranızda soyuqluq var. Nə baş verib?

- Heç bir soyuqluq yoxdur. Oyundan qabaq bir yerdə idik, xeyli söhbət etdik. Ayxanla çox yaxşı münasibətimiz var. Biz çox yaxın qardaşıq, bir-birimizin xətrini çox istəyirik. Ayxan Abbasovun köməkçisi Elnur Çodarov da mənim uşaqlıq dostumdur.

- "Kəpəz"in artıq özünə gəldiyini demək olar?

- İşimiz çoxdur. Paltardəyişmə otağında vurğuladım ki, hələ heç nə etməmişik. Daha güclü olmalıyıq.

- Ötənilki komanda ilə hazırkı komandanı necə müqayisə edərdiniz?

- Müqayisə etmək istəmirəm. O heyətdə də yaxşı futbolçular var idi, bu gün də var. Yolumuza davam edirik. Bu futbolçular bizə xallar qazandıracaq. Onları inandırmaq lazımdır. İnam ən güclü silahdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://sport24.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1083

Tramp yenidən hərbi əməliyyatlara başlamaq istəmir

01 İyun 2026 08:02see328

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see236

“Əl ağacı, yoxsa vətəndaş?” Pərvanə Bayramqızı yazır

01 İyun 2026 09:00see198

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see187

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see176

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see173

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see166

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see163

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see162

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see161

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see159

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see158

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see158

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see157

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see156

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see155

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see154

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see154

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri