Icma.az
close
up
RU
Azər Bağırov: “Komandaların hamısı 11 legionerlə oynamayacaq”

Azər Bağırov: “Komandaların hamısı 11 legionerlə oynamayacaq”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə Kubokunun 1/4 final mərhələsi çərçivəsində bu gün “Kəpəz” – “Neftçi” (0:2) arasında baş tutan ilk oyundan sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Maraqlı oyun oldu. Yeni futbolçuları meydanda görmək şansımız da var idi. Məncə, pis təsir bağışlamadılar. Elə komandayıq ki, qollar vurmalıyıq, epizodlarımız var. Sadəcə onları reallaşdırmaqda problemlərimiz yaranır. Hər hissədə 3-4 epizodumuz oldu ki, şans bizim tərəfdə deyildi. Allahdan xeyirlisi. Hər şey irəlidədir.

– Hücum xəttində start heyətdə 3 yeni futbolçunu meydana buraxdız. İlk dəfəydi ki, bu oyunçular bir yerdə çıxış edirdi. Amma ikinci hissə ilə müqayisədə ilk yarıda daha fəal idiz. Bu, nə ilə bağlı idi?

– Əslində, həmin oyunçuların keyfiyyətlərini bilirik. Sadəcə birdən-birə meydançada oynatmaq şansımız olmayıb. Məsələn, Trent Buhagiar, təzə qoşulub komandaya. Şevroni Mabatşoevlə Sadiq Şəfiyev də həmçinin. Harda oyunçuları yoxlaya bilərik deyə düşünürdük. Kubok bir şans idi, pis də çıxış etmədilər. Bu oyuçuların hansı keyfiyyətdə olduğunu bilmək bizim üçün vacibdir.

– “Kəpəz” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Yeni sezondan isə komanda sayı 12-ə çatdırılacaq. Bu haqda fikirləriniz necədir?

– AFFA-nın qərarları ilkin anda hardasa ictimaiyyətdə bir az qıcıq və anlaşılmazlıq yaradırdı. Amma məncə, daha yaxşı olacaq. Komanda sayı artacaq. Oynaya biləcək futbolçular meydanda oynayacaq. Komandaların hamısı 11 legionerlə oynamayacaq. Yerliləri də görəcəyik. Onların meydanda olması üçün AFFA tərəfdən ödəniş də verilməlidir. Yaxşı olacaq ki, pis olmayacaq. Komanda sayı artsa, daha yaxşı liqa görəcəyik.

– Söz-söhbətlərə görə, Premyer Liqanın sonuncu komandası Birinci Liqanın üçüncüsü ilə pley-off oynasın. Bu komandanıza nə dərəcədə problem yarada bilər?

– Söz-söbhətdir, qərar deyil. Qərar olduqdan sonra müzakirə mövzusu ola bilər. Ehtimaldır da. Qərar odur ki, yeni sezon 12 komanda olacaq. Sevindirici haldır.

– Legioner limitinin qəfildən ləğv edilməsi planlarınıza necə təsir edəcək?

– Biz icra edənik, məşqçi işi ondan ibarətdir ki, nəyi verəcəklər işləyəcəyik. Sabah “Kəpəz”in əsas heyətində niyə də yerli futbolçu olmasın? Premyer Liqada qalsaq, yerlilərdən də istifadə edəcəyik. Azərbaycanda yetərincə istedadlı oyunçu var.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 Fevral 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri