Icma.az
close
up
RU
Azər Bağırov mövsümün ilk yarısını dəyərləndirdi Ailəmə cəmi 23 saat sərf edirəm

Azər Bağırov mövsümün ilk yarısını dəyərləndirdi Ailəmə cəmi 23 saat sərf edirəm

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

"Kəpəz" mövsümün ilk yarısını autsayderlər mövqeyində - 9-cu yerdə başa vursa da, bir çox iddialılara başağrı olmağı bacardı. Bu mənada "Neftçi", "Səbail" və "Şamaxı" üzərində qələbələr, "Sabah"la görüşdə məhsuldar heç-heçə Azər Bağırovun aktivinə yazılmalıdır. Bağırovun gəlişindən sonra 13 oyunda 11 xal toplayan gəncəlilər "Səbail"i qabaqlayır. "Sarı-göylər" mövsümü ən azı bu mövqedə başa vurmaq və elitada yerini qorumaq uğrunda mübarizəyə köklənib. Komanda bunu bacaracaqmı?

Baş məşqçi Azər Bağırov Fanat.Az-a açıqlamasında həm ilk yarını dəyərləndirib, həm də mövsümün ikinci hissəsi ilə bağlı planlarından danışıb: 

"Son pillədən hələ ki, qurtulmuşuq. Son iki turu nisbətən yaxşı keçirdik. Xallar qazana bilərdik, əfsuslar olsin ki, alınmadı. İrəlidə iki dövrə var. Düşünürəm ki, daha yaxşı kollektivlə daha yaxşı işlər görməyə start verəcəyik. Mövsümün başlanğıcında komandanın durumu, bəzi oyunçuların konstentrasiyası baxımından vəziyyət elə də yaxşı deyildi. Yeni futbolçular cəlb olundu. Elə olurdu ki, hətta ard-arda yaxşı oyunlarımız olurdu. Sadəcə, balansı saxlaya bilmirdik. 

"Araz-Naxçıvan"da olanda komandanı "sıfır"dan yığdıq. Hardasa, öz istəyimizə uyğun oyunçuları yığıb onlarla işləyidik. Keçən il bizim şeçdiyimiz oyunçuların bəziləri bu gün əsas heyətin üzvləridir. Yaxşı da mübarizə aparırlar. "Kəpəz"də isə komandanı 6-cı turdan götürdüm. Bu səbəbdən bəzi oyunçuların futbol düşüncəsinə əsaslanmağa çalışırdıq. Çünki əlimizdə olan resurs budur. Çalışıb onların potensialını üzə çıxartmalıydıq. 

Rəhbərlik sağ olsun ki, hər işdə dəstək olur. Seleksiyada və sair məsələlərdə onların dəstəyi var. Minimal olsa da, oyunçuların bonusları verilir. Beləliklə, onların tonusda qalması təmin olunur. 

Sonuncu yerdə gedən komanda üçün 3 oyunda 1 qələbə də pis nəticə deyil. Büdcəmiz imkan vermir ki, daha yüksək pillələrdə dayanaq. Deməzdim ki, nəticələrimiz uğursuzdur. Məsələn, "Zirə"yə 0:4 uduzmağımıza baxmayaraq, oyundan razı qaldım. Hücumumuz var idi, pressinq də edirdik. Sadəcə, futbolda elə anlar var ki, sənin qapına olunan 4-5 hücum qolla nəticələnir. 

Orxan Əliyev keçən mövsüm "Araz Naxçıvan"da ilk iki dövrəni yaxşı keçirmişdi. Bu mövsümün ilk yarısında da yaxşı ola bilərdi. Qeyd etdiyim kimi, "Kəpəz"də istədiyimiz komandanı hələ formalaşdıra biıməmişik. Düşünürəm ki, qışdan sonra Orxan daha yaxşı formada olacaq. Baş məşqçinin dediklərini, göstərişlərini Orxan bilavasitə meydanda etməyə çalışır. İnanıram ki, qış fasiləsindən sonra o, performansını daha da yüksəldəcək və milli komandanın heyətinə cəlb olunacaq. 

Faailəyə, tətilə baxmayaraq günün böyük hissəsini işlə məşğulam. Ailəmə cəmi 2-3 saat sərf edirəm. Düzdür, buna görə ailə üzvlərimiz gileylənir, amma futbolun pis tərəfləri də budur. İdmançı, məşqçi həyatı budur. Çətin də olsa, hamımız bir hədəf uğrunda çalışırıq. İnanıram ki, daha yaxşı işləri görərək lazım olan yerdə mövcud olacağıq".

Rafael

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://fanat.az
archiveBu xəbər 29 Dekabr 2024 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri