Icma.az
close
up
RU
Azər Bağırov: Oyun keçirilsin deyə, futbolçunu sındırmalıyam?

Azər Bağırov: Oyun keçirilsin deyə, futbolçunu sındırmalıyam?

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Oyunun keçirilməsi ilə bağlı fikirlərimi deyə bilərəm. Dünən gəldik-getdik, oyunun vaxtını bir təyin etdilər, ondan sonra yenə dəyişdirdilər. Bu gün eyni qaydada. Bu, futbolçulara nə qədər təsir edir, yəqin ki, idman camiəsi bilirlər. Uşaqlar bu gün əziyyət çəkdi. Futbolçular 12:30-da yemək yedilər, saat 15:30-dan burdayıq. Nə bilim, saat 19:00-da oyun başlayır. Oyunun keçirilməsi böyük problem idi. Oyun haqda da çox söz deməyə ehtiyac yoxdur. Özünüz hər şeyi gördüz. Rəqibi təbrik edirəm, uğurlar arzulayıram".

İdman.biz xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov "Zirə" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Gənc mütəxəssis Misli Premyer Liqasının 24-cü turunda səfərdə 0:2 hesablı məğlubiyyəti ilə nəticələnən oyunda şərtlərin eyni olmadığını bildirib: "Şərtlər hər iki tərəf üçün eyni deyildi. Biz bura çatanda, xəbər etdilər ki, oyun 18:00-a keçiriləcək. Biz də getmişik, geri qayıtmışıq. Halbuki biz Zirəyə çatmışdıq. 2-3 saat futbolçular gəzib, kofe içib. Biz səfər komandasıyıq. Bir gün əvvəl gəldiyimiz üçün məşq etməyə meydança tapa bilmədik. Meydança qar idi. Dünən yenə məşq etmədik. Bu cür palçıqda isə oyuna çıxmaq, məncə, insan resurslarını mənimsəməkdir. Futbolçu iki gün məşq etmir, palçıqda çətin oyuna çıxır. Nəzərə də alınmırdı ki, bu adam 12:30-da yemək yeyib və 19:00-da oyuna çıxır. Bunların hamısı fikirləşilməli idi. Bir-iki futbolçuda da problem var. Nə bilim... Çox söz danışmaq olar. Futbolçu insandır da. Oyun keçirilsin deyə, sındırmalıyam? Nəzərə almaq lazım idi ki, futbolçu ilk növbədə insandır. İki gün məşq etmə və oyuna çıx".

Qeyd edək ki, dünən keçirilməli olan "Zirə" - "Kəpəz" matçı pis hava şəraiti üzündən bu gün baş tutub.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 Fevral 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri