Icma.az
close
up
RU
Azər Bağırov: Oyunçuların hər biri ilə ayrı ayrılıqda danışmışıq

Azər Bağırov: Oyunçuların hər biri ilə ayrı ayrılıqda danışmışıq

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Kəpəz" Misli Premyer Liqasının 7-ci turunda səfərdə "Qarabağ"a 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçiriləcək mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qarabağ"la qarşılaşmağımıza baxmayaraq uğursuz seriyaya son vermək istəyirdik. Uşaqlara təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Səhvləri minimuma endirmək üçün çalışmaq lazımdır. "Qarabağ"a Çempionlar Liqasında uğurlar arzulayıram.

- Çox çətin durumda olan komandaya gəldiniz. Bu vəziyyətdən çıxacağınıza inanırsınız?

- İnanıram. Azarkeşlərimiz, futbolçular, hamımız istəyirik ki, Gəncədə böyük futbol yaşasın. Nə bacarırıqsa, onu da edəcəyik. Əvvəlki oyunlara nisbətən bu gün daha çox emosiya və istək var idi. Bunu artırıb istəyimizə çatmaq istəyirik.

- Komandanın oyununda irəliləyiş hiss olunur. Üç gün ərzində nəyi dəyişə bildiniz?

- Məğlubiyyətlər futbolçularda psixoloji durumu aşağı salmışdı. Oyunçuların hər biri ilə ayrı-ayrılıqda danışmışıq, motivasiya vermişik. Bəlkə də bunun nəticəsidir.

- Qarşıda milli fasilə gəlir. Bu, sizin üçün yaxşı fürsət ola bilər?

- Əslində yoxlama oyunu keçirmək planımız var idi. Komandanın bütün oyunlarına baxmışıq. Həm fiziki durumla, həm də taktiki cəhətdən çox işimiz var. Yoxlama oyunu keçirməklə bağlı yaxın günlərdə qərar verəcəyik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sport24.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri