Azər Bağırov: “Rüfət Abdullazadəni hər komanda heyətində görmək istəyər” MÜSAHİBƏ
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Yanvarın 10-da “Qəbələ” ilə, 17-də isə “Karvan”la qarşılaşacağıq”.
Bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- Artıq sabahdan məşqlərə başlayırsınız. Mövsümün ikinci hissəsi üçün hazırlıq planı necədir?
- Bəli, sabahdan məşqlərimiz başlayır. Yerli futbolçular hamısı sabahdan hazırlığa qatılacaqlar. Legionerlər isə yanvarın 4-5-dən komandaya qoşulacaqlar. İki hissəli hazırlıq prosesimiz olacaq. Çalışacağıq ki, oyunçuları maksimum dərəcədə hazırlayaq. Taktiki baxımdan bəzi dəyişikliklər olacaq. Eləcə də futbolçuların fiziki durumunu daha da yaxşılaşdırmaq üçün çalışacağıq.
- Komanda hazırlıq müddətində Gəncədə məskunlaşacaq. Lakin hər iki yoxlama oyununu səfərdə - Qəbələdə və Yevlaxda keçirəcəksiniz. Maraqlıdır, seçimi siz etdiyiniz, yoxsa rəqiblər Gəncəyə gəlmək istəmədilər?
- Yanvarın 10-da “Qəbələ” ilə, 17-də isə “Karvan”la qarşılaşacağıq. Səfərdə oynamağımızı xahiş elədilər, mən də normal qarşılaşdım. Böyük ölçüdə heç bir problem yoxdur. Yevlaxla məsafəmiz azdır. Qəbələdə isə həm meydan yaxşı vəziyyətdə olur, həm də həmin matça səfər oyunu kimi yanaşırıq. Fasilədən sonra ilk görüşümüz səfərdə “Qarabağ”a qarşı olacaq.
- Qış fasiləsində komandadan iki legioner ayrıldı. Yenə də gedənlər olacaq?
- Kaçper Rosa və Perdo Qomeşlə yolları ayırmışıq. Digərlərinin gedişi nəzərdə tutulmayıb. Ola bilər bəzi yerli cavan futbolçular var, hansılar ki, 90 dəqiqə forma geyə biləcəkləri klublarla anlaşsalar, perspektivi nəzərə alaraq onlara şərait yaradaq.
- Yeni transferlərlə bağlı vəziyyət necədir?
- Qış dönəmində heyəti gücləndirməklə bağlı çətinliklər olur. Bizim də bu yöndə işlərimiz gedir. İnanıram ki, mövsümün ikinci hissəsinin startına qədər istədiyimizi reallaşdıra biləcəyik.
- Mətbuatda Xorvatiyanın “Varazdin” klubunda forma geyən millimizin yarımmüdafiəçisi Rüfət Abdullazadə ilə maraqlandığınız, onun icarə əsasında komandaya cəlb olunacağı barədə xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Rüfət çox yaxşı futbolçudur. Hər komanda onu heyətində görmək istəyər. “Kəpəz”ə gəlib-gəlməyəcəyini zaman göstərəcək. İnanıram ki, hər şey “Kəpəz”sevərlərin ürəyincə olacaq. Həm də reallıqlar var ki, onları nəzərə alaraq yolumuza davam edəcəyik.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 02 Yanvar 2026 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















