Icma.az
close
up
RU
Azər Bağırov: “Səfərdə xal qazanmaq vacib idi”

Azər Bağırov: “Səfərdə xal qazanmaq vacib idi”

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Misli Premyer Liqasının III turunda keçirilən “Qəbələ” – “Şamaxı” (0:0) matçından sonra qonaqların baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma barədə təəssüratlarını bölüşdü:

– Düşündüyümüz kimi çətin qarşılaşma oldu. Bəlkə də, “Qəbələ” son turlardakı ən yaxşı oyununu nümayiş etdirdi. Şükürlər olsun ki, bu sınağın öhdəsindən gələ bildik. Mövcud situasiyada səfərdə xal qazanmaq vacib idi. Futbolçularımı təbrik edirəm, meydanda yaxşı mübarizə apardılar. İndi yalnız qarşıdakı matçlara fokuslanacağıq.

Azər Bağırov ardınca jurnalistlərin suallarını cavablandırdı:

– Səfərdə 1 xal qazandınız, yoxsa hücumları nəzərə alsaq, 2 xal itirdiyinizi düşünürsünüz?

– Hücum xəttində daha səliqəli və soyuqqanlı oynamağımız çatmadı. Rəqibi azlıqda yaxaladığımız epizodlar oldu, 3-ə 3, 4-ə 3 hücum şansları əldə etdik, lakin son nöqtəni qoymaqda dəqiqlik çatışmadı. Məşqlərdə bu komponent üzərində daha çox çalışacağıq. Çempionat yeni başlayıb. Turnir cədvəlində sənə yaxın olan rəqiblərlə oyunlar daha çox enerji tələb edir, çünki xal itirmək qorxusu psixoloji təzyiq yaradır. Yuxarı pillələrdə qərarlaşan komandalarla qarşılaşmalarda isə futbolçular daha rahat çıxış edirlər. Bu baxımdan onları başa düşürəm.

– Komanda çempionata ard-arda səfər oyunları ilə başlayıb və hələ də öz meydanınızda azarkeşlər önünə çıxmamısınız. Bu amil komandanın xarakterinə və formalaşmasına necə təsir edir?

– Əlbəttə, doğma azarkeşlərimizin önündə çıxış etmək daha xoş olardı, lakin bu sınaqlar futbolçularımı daha da bərkidəcək. “Qarabağ”, “Turan Tovuz” və “Qəbələ” kimi çətin səfərlərdə oyundan-oyuna xal qazana bilirik, bu, müsbət haldır. Səhvlərimiz var və onların üzərində işləyəcəyik. Qarşıda bizi növbəti səfər matçı gözləyir, lakin nikbinik. Tezliklə stadionumuzdakı işıqlandırma sistemi ilə bağlı məsələ tam həll olunacaq və öz meydanımızda azarkeşlərimizi qələbələrlə sevindirəcəyik.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 29 Avqust 2026 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri