Azər Bağırov: Səhvlərimiz çox oldu
Icma.az, Sportal.az saytına istinadən bildirir.
"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 9-cu turunun “İmişli” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Bağırov komandasının məğlubiyyəti haqda danışıb:
"Oyunun çətin keçəcəyini bilirdik. "İmişli"də baş məşqçi dəyişikliyi baş vermişdi. Uşaqları buna uyğunlaşdırmağa çalışmışdıq. Sadəcə ilk hissədə ötürmələrdə səhvlərimiz çox oldu. Təəssüfləndirən məqam odur ki, həm birinci, həm də ikinci qolda rəqib heç nə yaratmamışdı, bizim səhvlərimiz oldu. İkinci hissədə toparlandıq, oyuna da yaxşı başladıq, qolumuzu vurduq. Təəssüf ki, oyunun sonlarındakı penalti təyin edildi..O epizod hakimlər tərəfindən necə dəyərləndirildi...Buna çox qarışmaq istəmirəm. Məğlub duruma düşdük. Çalışacağıq ki, daha yaxşı, daha möhkəm kollektiv olaq. Qarşıdakı bütün maneələri aradan qaldırmağa çalışacağıq. Allah qoysa, hər şey yaxşı olar. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşacağıq”.
Mirbağırağa
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 Oktyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















