Azər Bağırov: “Veysəl Rzayevin “Kəpəz”dəki taleyi həkimlərin rəyindən asılıdır”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Kəpəz”in futbolçusu Veysəl Rzayevin klubdakı taleyi həkimlərin rəyindən asılıdır.
Bunu Gəncə klubunun baş məşqçisi Azər Bağırov deyib.
O, bir neçə gün əvvəl bıçaqlanan yarımmüdafiəçinin hazırkı durumu və gələcək taleyi ilə bağlı danışıb.
“Tez-tez yanına gedirik və əlaqə saxlayırıq. Artıq danışır, vəziyyəti normaldır. Hər birimiz Veysəlin tez bir zamanda sağalıb, komandanın düşərgəsinə qayıtmasını gözləyirik”, - deyə o, report.az-a açıqlamasında bildirib.
Mütəxəssis 23 yaşlı oyunçunun “Kəpəz”də qalıb-qalmayacağı barədə sualı da cavablandırıb:
“Ümid edirik ki, hər şey Veysəl üçün yaxşı olacaq. Lakin o, hələ tam olaraq sağalmayıb və komandadan gedib-getməyəcəyini söyləmək də doğru çıxmaz. İnşallah, səhhətində irəliləyiş olsun, həkimlərin verəcəyi rəyə əsasən hansısa qərar qəbul etmək olar. Yəni həkim yoxlanışından sonra bu barədə qərar veriləcək”.
Qeyd edək ki, “Kəpəz” Veysəl Rzayevin transferini bu ilin yanvarında açıqlayıb. O, fevralın 3-də Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 Fevral 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















