Icma.az
close
up
RU
Azər Bağırov: “Yusif şəxsən mən tərəfdən cəzalanacaq”

Azər Bağırov: “Yusif şəxsən mən tərəfdən cəzalanacaq”

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində doğma meydanda "İmişli"ni qəbul edən "Kəpəz" 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz"in baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb:

"İmişli"nin müdafiədə necə qapanmasını bilirdik. Oyunçularımıza da bunu bildirmişdik. Xüsusilə standart vəziyətlərdən ehtiyatlı olmağı tapşırmışdıq. Lakin, standart vəziyətdən qol buraxdıq. Son oyunlar daha vacib olacaq. Ona görə də bu oyunu unudub komandanı qələbəyə kökləmək lazımdır".

- Son vaxtar mətbuatda "Kəpəz"lə bağlı gəzən söz-sohbətlərin bu günki məğlubiyyətdə rol oynadığını düşünürsünüzmü?

- Hər şey ola bilər. Futbolçular da insandır. Fikrimcə, oyuna yaxşı köklənmişdik. Xırda bir səvdən qol buraxdıq. Futbolda belə şeylər olur. Rəhbərlik də dəyişə bilər. Bu normaldır. Futbolçular bu düşüncələrdən uzaq olmalıdır. Oyunçular daha peşakar olmalıdırlar. Xüsusilə, Gəncənin Azərbaycan futbolunda yerini nəzərə alsaq, burada futbol oynamaq üçün daha məqsədyönlü olmaq lazımdır. 

- Oyundan sonra Yusif İmanovla azarkeşlər arasında bir insident yaşandı...

- Yusif nə qədər əsəbi olsa da, azarkeşlərə qarşı o cür addım qəbuledilməzdir. Yusif şəxsən mən tərəfdən cəzalanacaq. Lakin o, öz səhvini başa düşdü. Sona qədər bizə dəstək olan azarkeşlərə o cür davranmaq xoş deyil. 

- Oyundan sonra paltardəyişmə otağında səsiniz aqresiv eşidilirdi...

- Mən şəxsən kiməsə irad bildirmirəm. Mənim üçün futbolçunun fərqi yoxdur. Ümumi şəkildə iradım ola bilər. Biz komandayıq. Qələbə qazandığımız oyunlarda necə ki, canla-başla oynayıblar, bu matçda da elə olmalıydı. Ona görə biraz əsəbi idim. 


- Vurğuladınız ki, Gəncə Azərbaycan futbolunun beşiyidir. Necə düşünürsünüz, nə vaxta kimi "Kəpəz" liqada qalmaq üçün oynayacaq?

- Bu məsələyə biraz əks tərəfdən baxaq. İlk 5-6-cı yerlər uğrunda mübarizə aparan komandalarla özümüzü müqayisə etsək büdcə fərqi öz sözünü deyir. Yuxarı yerlər uğrunda mübarizə aparmaq üçün ən azı 18 futbolçun olmalıdır. Yaxşı futbolçu komandanı irəliyə aparır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sport24.az
archiveBu xəbər 19 Aprel 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see355

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see295

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see291

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see278

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see268

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see258

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see250

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see240

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see235

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see214

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see213

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see213

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see210

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see207

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see207

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see205

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see193

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see189

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri