Icma.az
close
up
RU
Azər Bağırovun Neftçi dən xahiş etdiyi deyildi: Heç kim deyə bilməz ki...

Azər Bağırovun Neftçi dən xahiş etdiyi deyildi: Heç kim deyə bilməz ki...

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kəpəz”in baş məşqçisi Azər Bağırovun “Neftçi”də istefaya göndərilən Samir Abasovun yerinə keçmək istədiyi iddia edilir.

Ölkə.Az xəbər verir ki, bu iddia ilə “sportinfo” saytı çıxış edib.

Saytın yazdığına görə, A.Bağırov son bir neçə gün ərzində idarəçilərdən biriylə iki dəfə əlaqə saxlayıb və öz xidmətini təklif edib.
Qeyd edilir ki, A.Bağırov danışıq zamanı “Neftçi”də işləmək şansı yaranarsa, hər an Gəncə təmsilçisindən ayrıla biləcəyini söyləyib.

Ölkə.Az məsələyə aydınlıq gətirmək üçün Azər Bağırovla əlaqə saxlayıb. “Kəpəz”in baş məşqçisi saytımıza açıqlamasında hazırda yalnız öz komandasını düşündüyünü söyləyib.

“Bu barədə yayılan məlumatı bu gün mənə göndərmişdilər. Heç doğruya yaxın bir şey deyil. Mənim xarakterimi bilən adamlar da tanıyırlar, bilirlər ki, mən heç vaxt nəyisə kimdənsə xahiş belə eləmirəm. Mən bu gün “Kəpəz”də çalışıram və “Kəpəz”in uğurları, çempionatdakı iştirakı mənim üçün çox vacibdir. Heç kimlə əlaqə saxlamamışam. Məni tanıyanlar bilir ki, bu, mümkün deyil”. 

A.Bağırov “belə bir təklif gələrsə, “Neftçi”ni çalışdırmaq istəyərsinizmi?” sualına isə belə cavab verib:

“Bu gün “Kəpəz”in rəhbərliyi, azarkeşləri mənim üçün ən prioritet vəzifələrimdən biridir. Həyatda hər şey ola bilər, bu gün, sabah, bir ildən sonra. Amma bugünkü gündə “Kəpəz”in uğurları üçün çalışıram”. 

“Kəpəz”in baş məşqçisi “Neftçi”ni ümumən “yaxşı, amma bəxtsiz” komanda kimi qiymətləndirib:

“Hər hansı bir rəqib komandanı analiz eləmək, xüsusən də daxili məsələlərini müzakirə etmək səlahiyyətində belə deyiləm. Mənə elə gəlir ki, heç etik də olmaz. Amma ümumiyyətlə, sonuncu oyunda yaxşı çıxış etdilər, ondan qabaq da çıxışları var idi. “Neftçi”nin yaxşı oyunçulardan yığılmış bir komandası var. Bəxtsizlikmi deyim, nəsə çatışmazlıqmı deyim... Başqa şeyləri müzakirə etmək, etik olmaz”, -  deyə o əlavə edib.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri