Icma.az
close
up
RU
Azər Bağırovun sosial media paylaşımının arxasında yatan SƏBƏB

Azər Bağırovun sosial media paylaşımının arxasında yatan SƏBƏB

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Sumqayıt"la görüşdə 0:0 hesablı heç-heçəyə razılaşan "Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov sosial şəbəkə hesabında müəmmalı paylaşım edib. Paylaşımı oxuyanlar onu vida sözləri kimi qəbul ediblər.

Bu barədə Oxu.Az-a açıqlama verən "Kəpəz" klubunun baş məşqçisi Azər Bağırov oyundan sonra əsəblərin gərgin olması səbəbindən azarkeşlərlə üzləşə bilmədiyi üçün belə bir addım atdığını bildirib.

"Mənim "Kəpəz"dən ayrılmaq kimi bir düşüncəm yoxdur. Əlimizdən gələnin ən yaxşısını edib komandanı bu vəziyyətdən çıxaracağıq. Qaldı ki sosial media hesabından etdiyim paylaşıma, bu, sadəcə, səmimi olaraq azarkeşlərə təşəkkür etmək istəyimdən qaynaqlanır. Oyun başa çatdıqdan sonra əsəblər gərgin olur. İstər bizim, istərsə də azarkeşlərin dedikləri münaqişə yaranmasına səbəb ola bilər. Görüş bitdikdən sonra onların yanına gedə bilmədiyim üçün sosial media hesabımdan onlara təşəkkür etmək istədim. Təbii ki, təşəkkürüm əsl "Kəpəz" azarkeşlərinə idi, aranı qarışdırmaq istəyənlərə yox", - deyə A.Bağırov bildirib.

Qeyd edək ki, "Kəpəz" klubu Azər Bağırovun başçılığı altında 14 oyunda beş qələbə qazanıb, iki dəfə isə heç-heçə edib. Komanda yeddi matçda məğlubiyyətlə barışıb.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2024 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri