Azər Baxşəliyev ərizə yazaraq orqan nəqlindən imtina etdi Direktor DANIŞDI
Icma.az bildirir, Lent az portalına istinadən.
Aktyor Azər Baxşəliyev donor transplantasiyası əməliyyatından könüllü imtina edib.
Lent.az xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin direktoru Yeganə Abbasova APA TV-yə müsahibəsində bildirib.
O, Azər Baxşəliyevə 4 il əvvəl böyrək transplantasiyasının icra edildiyini xatırladıb.
“Onun donoru anası idi. 4 ildən sonra təkrar qohum olmayan donorla müraciət edildi. Bütün sənədlər hazırlanmışdı, donordan razılıq alınmışdı, notarial təsdiq edilmişdi və sənədlər tam hazır halda Etika Komissiyasına göndərilmişdi. Azər Baxşəliyev özü əməliyyatdan (orqan nəqlindən) imtina etdi. Səbəb əməliyyatdan sonra donor üçün olan risklər idi. Bununla bağlı ərizə var və orada könüllü imtina halı qeyd edilib”, - Mərkəzin direktoru vurğulayıb.
Xatırladaq ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. O, yanvarın 5-də vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 10 Yanvar 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















