Icma.az
close
up
RU
Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

“Karvan”ın yeni baş məşqçisi Azər Həşimov Apasport.az saytına müsahibə verib. 

- “Karvan”a baş məşqçi təyinatınız necə reallaşdı? 
- Təklif Kənan Kərimovun özündən gəldi. Mən onunla birlikdə "Qəbələ"də futbol oynamışam. 2013-cü ildə isə "Karvan"da futbolçu olduğum dönəmdə baş məşqçim olub. Onun xarakterinə bələdəm. Təkliflə də məmnuniyyətlə razılaşdım. Düşünürəm ki, Kənan müəllimlə işbirliyimiz yaxşı alınacaq. "Karvan" adının daha yüksəklərdən eşidilməsi üçün əlimizdən gələni edəcəyik. 

- Artıq bir neçə futbolçunun transferini açıqlamısız. Komandanı komplektləşdirə bilmisiz, yoxsa bunun üçün hələ bir neçə transferə ehtiyacınız var?
- Yerli və legioner futbolçular var ki, danışıq aparırıq. Yəni, hələ ki danışıqlarımız yekunlaşmayıb. Komandamızı tam komplektləşdirə bilməmişik. Yaxın zamanda rəsmi məlumat veriləcək. Hər halda, danışıqların müsbət yekunlaşmasına çalışırıq.

- Ötən mövsümü Birinci Liqada "Qaradağ Lökbatan"ın heyətində İkinci Liqaya “düşən” Araz Abdullayevi heyətinə qatmısız. Onu baxışa çağırmışdız, yoxsa birbaşa müqaviləyə? 
- Bəli, Araz Abdullayevlə rəsmi müqavilə imzalamışıq. Ondan gözləntilərimiz çoxdur. Hər halda, hamımız da Arazı tanıyırıq və nəyə qadir olduğunu yaxşı anlayırıq, bilirik. Güman edirəm ki, Araz da təcrübəsi ilə komandamıza lazımı qədər dəstəyini göstərəcək. Kollektivdəki bütün futbolçularımıza güvənirik. Araza da həmçinin.

- Ötən mövsüm "Karvan"ı Premyer Liqaya daşıyan heyətdən kimləri görəcəyik komandada? Yoxsa, ümumiyyətlə belə oyunçu olmayacaq?
- Əlbəttə ki, olacaq. Ötən mövsüm I Liqada olarkən komadada yer alanlar var ki, Premyer Liqada da bizdə çıxış edəcək. Heyət komplektləşdikdən sonra bu haqda geniş danışmaq olar.

- “Karvan"ın yeni mövsüm Premyer Liqada əsas hədəfi nədən ibarət olacaq? Səncə, Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaqsız? Çempionatın sürprizi olmağınız mümkündür?
- "Karvan"ın hədəfi? Klub rəhbəri Şahmar müəllimin də bizdən istədiyi odur ki, Premyer Liqada orta sıralarda yer alacaq komanda olaq. Həmçinin də, çempionatımıza rəng qataq. Ölkə çempionatında sürpriz komanda olmağa çalışacağıq. Ən əsası da keçirdiyimiz ev matçlarında daha da yaxşı oyun nümayiş etdirib, azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.

- Komanda ev oyunlarını süni örtüklü meydançada keçirəcək. Oyunları evdə keçirmək üçün bəlkə də zaman olmadığı üçün məcbur atılmış addımdır. Sadəcə futbolçuların zədə təhlükəsi çox olmayacaq? Bundan ehtiyat edirsiz?
- Əgər təbii ot örtüyü olsaydı, komandanın ev oyunlarını Yevlaxda, azarkeşlərin qarşısında keçirməsi üçün müəyyən vaxt tələb olunacaqdı. Bilirsiniz, uzun illərdən sonra böyük futbol Yevlaxa qayıdıb. Buna görə çalışdıq ki, meydança tez bir zamanda hazır olsun və “Karvan” ev oyunlarını öz azarkeşləri qarşısında keçirsin. Çalışacağıq ki, adımıza layiq çıxış edək. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.

Albert Riera: “İlk oyundan sonra belə hiss yarandı ki…” “Qəbələ”nin futbolçusu I Liqa klubunda - RƏSMİ “Heyətimizin keyfiyyətli olduğunu düşünürəm” "Real" Vaskeslə yolları ayırıb Erməni boksçunu məğlub edən azərbaycanlı: "Döyüşə çox yaxşı hazırlaşmışdım"
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:266
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 İyul 2025 22:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri