Azər Həşimovdan qələbə şərhi
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
Misli Premyer Liqasının II turunun "Kəpəz" – "Karvan-Yevlax" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– İki komanda da qələbə qazanıb, xallarını artırmaq istəyirdi. Komandamız əzmkar mübarizə apardı, lazım olan üç xalı qazandı. Futbolçulara təşəkkür edirəm, sona kimi mübarizə apardılar.
– Premyer Liqada ilk qələbə sizin adınıza yazıldı. Hissləriniz necədir?
– Məşqçi kimi sevinirəm ki, adım qalib gələn komandanın baş məşqçisi kimi tarixə düşdü. Gələcəkdə daha yaxşı hazırlaşıb, oyunları təhlil edib, hazırlaşmağa çalışacağıq.
– Əsas qapıçınız Pedro Mateusun durumu necədir və Kamran İbrahimov özünü necə göstərdi?
– Kim daha yaxşıdır, o oynayır. Pedronun mikro zədəsi var. Sabah daha dəqiq bilinəcək necə olacağı. Daha əvvəl oyunlarda Kamrana şans vermişdim. Pedro zədələnəndən sonra Kamrana yaxınlaşdım və dedim ki, sənə inanıram.
Baxış sayı:89
Bu xəbər 23 Avqust 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















