Icma.az
close
up
RU
Azər Məmmədov: “Oyunumuzda irəliləyiş var”

Azər Məmmədov: “Oyunumuzda irəliləyiş var”

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının IX turunda "Şəfa" "Kəpəz"i qəbul edib - 1:2.

Apasport.az xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədovun mətbuat konfransı keçirilib.

"Bu oyuna bəzi itkilərlə çıxmışdıq, zədəli oyunçularımız var idi. Ağır oyun olacağını bilirdik. Birinci hissədə daha yaxşı idik. Hesabı açmağa da layiq idik. Sadəcə sonluğu gətirə bilmədik. İkinci hissə başlayanda, komanda sanki “oturdu”, “Şəfa” təzyiq göstərdi. Buna görə də qapımızda qol gördük. Daha sonra sistemdə bəzi dəyişiklik etdik. Bu da komandamıza fayda verdi. Futbolçularımızın yaxşı oyunu nəticəsində qələbə qazandıq".

- Komanda ilk dördlüyə yaxın olsa, rəhbərliklə hədəflərlə bağlı danışıq ola bilər?

- Hazırda komandanın uğurlu seriyası var. Düşünürəm ki, bu, futbolçuların çəkdiyi əziyyətin bəhrəsini görürlər. Etiraf edim ki, topladığımız xallara, turnir cədvəlində olduğumuz mövqeyə rəğmən, daha çox işləməliyik. Bizim hələ çatışmayan cəhətlərimiz var və onun üzərində işləməliyik. Sevindirici hal odur ki, uşaqlar oyundan-oyuna bir-birinə uyğunlaşırlar. Oyunumuzda da artıq irəliləyiş var, amma daha artığını bacara bilərlər. Qışa kimi belə davam etsək… Əgər bu cür davam etsək, artıq bizim üçün böyük uğur olacaq. Bəli, transfer etmək istəyirik. Amma yüksək yerlər üçün oynamağa hələ hazır deyilik.

- Necə oldu ki, son illərdə autsayder olan “Kəpəz” hazırda iddialı durumdadır? Komanda hər mövsüm liqada qalmaq uğrunda oynayırdı. Azarkeşlərin komandaya inamına görədir?

- Fürsətdən istifadə edərək, bu qədər yol qət edib, bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Sözsüz ki, azarkeşin dəstəyini hiss edirik. Onların dəstəyi nəticələrimizdə danılmazdır. “Kəpəz”in hər mövsüm Premyer Liqada qalmaq uğrunda oynamaq məsələsi isə qlobal problemdir. “Kəpəz”in hər mövsüm heyəti dağılır, sonra yenidən yığılırdı. Rəhbərlikdə də dəyişikliklər edilirdi. “Kəpəz”də stabillik olmurdu. Güman edirəm ki, rəhbərlik stabilliyi yaradacaq. Əməyi olan insanlar var ki, hazırda “Kəpəz”də sağlam, strukturlu iş görməyə çalışırlar. Həmin o işi görənlərin qollarından biri də biz məşqçilər və futbolçularıq. İşlər bu şəkildə davam etsə, sponsor dəstəyi də olarsa, “Kəpəz” ildən-ilə daha fərqli olacaq. İllər əvvəl olan “Kəpəz”I geri qaytara bilər.

- Qələbəyə görə verilən mükafatlar büdcəyə təsir etmirki?

- Müəyyən məbləğ ayrılmışdı ki, mükafat verilsin. Amma etiraf edim ki, 8-ci tura kimi bu qədər qələbə və heç-heçə üçün həmin məbləğ tənzimlənməmişdi. Onuda deyim ki, artıq həmin məbləğin çox hissəsini futbolçular öz zəhməti hesabına qazanıblar. Bəli, təsiri var. Amma rəhbərliyimiz də çalışırlar ki, minimumla komandamız üçün maksimum mükafat versinlər.

Bakıda FIFA U-15 dünya çempionatı və festivalının açılışı keçirilib - YENİLƏNİB - FOTO Samir Şərifov: “FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk” “Kəpəz”dən əzmkar qələbə - YENİLƏNİB İnfantino: “Azərbaycana təşəkkürümü bildirirəm” İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksində
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://apasport.az
archiveBu xəbər 24 Oktyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri