Azər Məmmədrəhimov Naxçıvanda nazirin vəzifəsini icra edəcək
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 aprel 2025-ci il tarixli Sərəncamına əsasən Azər Şahverdi oğlu Məmmədrəhimov Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Yeniavaz.com xəbər verir ki, A.Məmmədrəhimova nazir vəzifəsinin müvəqqəti icrası həvalə edilib.
O, 2001-2005-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr, 2007-2009-cu illərdə magistr, 2009-2014-cü illərdə Naxçıvan Dövlət Universitetində hüquq, 2017-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Elektron idarəetmə ixtisası üzrə magistr təhsili alıb.
Bu təyinata qədər 2005-2010-cu illərdə bir neçə özəl şirkətin maliyyə şöbəsinin rəisi, 2010-2013-cü illərdə “Azərpoçt” MMC-də maliyyə xidmətləri üzrə mühəndis, 2013-cü ildən etibarən isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparatında məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.
2024-cü ilin avqust ayından cari tarixə qədər isə “Naxçıvanpoçt” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyib.
Qeyd edək ki,bu təyinatadək Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri vəzifələrini Rahid Ələkbərli icra edib.
Bu mövzuda digər xəbərlər:Azər Məmmədrəhimov: Rəqəmsallaşmanın sürətlənməsi, eyni zamanda, daha mürəkkəb və dinamik kibertəhlükə mühitini formalaşdırır
23 Dekabr 2025 13:44
Naxçıvanda icra başçılarını Prezident təyin edəcək
08 İyul 2025 11:34
Naxçıvanda icra başçılarını İlham Əliyev təyin edəcək
20 İyun 2025 12:38
İmamoğlunun vəzifəsini o icra edəcək
20 Mart 2025 19:39
Baxış sayı:185
Bu xəbər 01 May 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















