Azər Mirzoyev: “Ard arda 3 turnirdə oynamaq artıq mənim üçün çətindir”
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ard-arda 3 turnirdə oynamaq artıq mənim üçün çətindir”.
Bunu İdman.biz-ə Azərbaycan şahmatçısı Azər Mirzoyev deyib.
O, Kubada və Baham adalarında keçirilən son turnirlərdə çıxışını dəyərləndirib: “May ayında Kubada Kapablanka və Garcia memoriallarinda iştirak etdim. Baham adaları Kubaya çox yaxın olduğu üçün orada keçirilən turnirdə də iştirak etmək qərarına gəldim. Kubadakı çıxışım uğurlu oldu. "Orjan Lindroth Memorial" haqqında isə bunu deməzdim. Turnir ərzində 3 oyunda uduzdum - bu da çoxdur. Halbuki Kubada iki turnirdə 18 oyun keçirdim və heç birində məğlub olmadım. Orada günə bir oyun olurdu, Baham adalarında isə günə iki tur keçirilirdi. Yəni yorğunluq amili də öz sözünü dedi”.
Qrossmeyster gələcək planlarından da danışıb: “Payızda gənc və yeniyetmələrin Avropa və dünya çempionatı olacaq. Növbəti aylarda yığmanın şahmatçılarını bu yarışlara hazırlaşdırmağı düşünürəm”.
Qeyd edək ki, Mirzoyev Baham adalarının Nassau şəhərində keçirilən "Orjan Lindroth Memorial"da 9-cu yeri tutub.
Aytac Sahəd
İdman.biz
Baxış sayı:91
Bu xəbər 12 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















