Icma.az
close
up
RU
Azər Qasımlının həbsinə səbəb olduğu deyilən şəxsdən AÇIQLAMA

Azər Qasımlının həbsinə səbəb olduğu deyilən şəxsdən AÇIQLAMA

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Politoloq Azər Qasımlıya böhtan ataraq onun həbsinə səbəb olduğu deyilən Qurbanəli Ömər açıqlama yayıb. 

"Unikal" xəbər verir ki, o, barəsində yalan və alçaldıcı kampaniya başladıldığını bildirib. 
"Paylaşınlar yalandan və siyasi manipulyasiyadan başqa bir şey deyil. Azər Qasımlını 2016- cı ildən tanıyıram. 2020- ci ilin sentyabrına kimi, xüsusilə 2018-2020 ci illərdə münasibətlərimiz çox yaxşı olub. 2020- ci ilin may ayında isə onunla şərikli iş birliyimiz olub, daha dəqiq desəm, o Binance birjasındakı hesabının login və şifrəsini al-sat etmək üçün (email və hər hansı bir çıxarış hüququm olmayıb) mənə vermişdi. 2020- ci ilin sentyabrında “Vətən Müharibəsi” ilə əlaqədar olaraq ölkə ərazisində internetin verilməsi məhdudlaşdırıldı. Bu və ya digər başqa səbəblərdən onun hesabındakı məbləğ azaldı və ilk olaraq, başa- baş  olduğu zaman mən ona hesabı təhvil verib, halallaşmaq istədiyimi desəm də razılaşmadı və bundan sonra münasibətlərimiz pozuldu. Daha sonra dəymiş ziyanın öz payıma düşən hissəsinin təxminən yarısını ödədiyim, geri qalanı isə balansındakı tokenlər yüksəlməzsə, ödəyəcəyimi bildirdiyim halda, yenə mənimlə razılaşmadı və münasibətlərimiz daha da gərginləşdi", - deyə qarşı tərəf bildirib. 
Onun sözlərinə görə, Azər Qasımlı dəfələrlə onu hədələyib:

"Hətta üstümə "reket" göndərmişdi. Bunlar hamısı faktlardır və aidiyyatı üzrə təqdim edilib.  Bu illər ərzində Azərin mənə və ailəmə yaşatdıqları, bu günlərdə bir daha gözümün önündən keçdi. İnternetdə paylaşılan məhkəmə qərarına gəlincə, o da elə məhkəməyə təqdim etdikləri sənədləri kimi təhrif olunmuş statusdur, çünki Mingəçevir məhkəməsinin qərarından şikayət etmişdik və qərar ləğv edilmişdi. Əvvəla, Mingəçevir Məhkəməsindən çox gec xəbərimiz olub, haqsız yerə və təhrif olunmuş məlumatlarla valideynlərimin yaşadığı mülkiyyətə (mənim adıma olmayan) həbs qoydurmuşdu. Atam Azərə dəymiş ziyanın geri qalan yarısını, yəni təxminən 4-6 min dollar ödəməyə hazır olduğu bildirsə də, o israrla Bitcoin tələb edirdi. Şəki Apelyasiya məhkəməsi, həmçinin Ali Məhkəmə mənim xeyrimə qərar çıxarıb, onun vəsatətləri təmin edilməyib. Sosial mediada isə elə təqdim edirlər ki, guya mən Azərin üzünə durmuşam". 
Qurbanəli Ömər Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının sosial şəbəkə statuslarından sonra ailəsinin təhqir olunduğunu deyib. O, ailəsinin dəfələrlə Azər asımlı tərəfindən hədələndiyini iddia edib. 

"Azər Qasımlı siyasi statusundan istifadə edərək konkret Allahlıq edirdi. Bu gün isə məni elə təqdim edirlər ki, guya mən bir gündə Qasımlıdan şikayət etmişəm. Qasımlı isə məni zəif görüb, öz əsirinə çevirmək üçün əlindən gələni etdi. Onun mənə nələr yaşatdığını bir Allah, bir də ailəm ilə dostlarım bilirdi". 
Qurbanəli Ömər sosial şəbəkələrdə haqqında təhqiredici sözlər yazanların da əməlinə hüuqi qiymət verilməsinə çalışacağını deyib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Dekabr 2024 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see212

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see189

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see171

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see165

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see162

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see161

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see147

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see141

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see139

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri