Icma.az
close
up
RU
Azər Qasımlının vəkili ilə hakim arasında qalmaqal

Azər Qasımlının vəkili ilə hakim arasında qalmaqal

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bugün Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının məhkəmə prosesi keçirilib.

Gununsesi.info-nun məhkəmədə iştirak edən əməkdaşının xəbərinə görə, Qasımlı  necə həbs olunmasından, zərərçəkmiş qismində tanınan şəxslə münasibətlərindən danışıb.

Politoloq deyir ki, heç öz uşaqları ilə hədə ilə danışmayan adamdır, onu pula görə kiminsə övladını oğurlamaqda suçlamaq absurddur.

Daha sonra Azər Qasımlının vəkili Rövşanə Hüseynov müdafiə etdiyi şəxsin onun yanında əyləşməsini tələb edib.

R.Rəhimova deyib ki, daha öncəki iclaslarda A.Qasımlının məhkəmə zalında vəkillərinin yanında əyləşməsinə qərar verilsə də, o, yenə şüşə kabinədə saxlanılır.

Vəkil müvəkkilinin oradan çıxarılmasını, yanında əyləşməsini tələb edib.

Hakimsə Vəkillər Kollegiyasına şikayət etməklə onu hədələyib.

Ardından A.Qasımlı ifadə verib. Politoloq ona verilən hədə-qorxu ilə tələbetmə ittihamını şər-böhtan adlandırıb.

Zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifovla öncədən tanışlığı olduğunu deyən A.Qasımlının sözlərinə görə, onun vasitəsilə “Binance” kriptovalyuta birjasına yatırım edib və “Bitcoin” alıb.

“Bu adam da o evi yox edib”

Q.Yusifovla aralarındakı narazılığın necə yarandığını məhkəmənin diqqətinə çatdıran politoloqun sözlərinə görə, onun üzündən böyük zərərə düşüb: “Mən demişdim ki, “Bitcoin”u yatırım məqsədiylə alıram. Bu, başqa əmlaka – evə, avtomobilə pul yatırmaq kimidir. Sanki ev almışam, açarı da bu adamdadır. Bu adam da o evi yox edib. Aramızdakı narazılıq bundan yaranıb”.

A.Qasımlı deyir ki, qarşı tərəflə aralarındakı pul məsələsi mülki mübahisədir və ağır cinayətlər məhkəməsində baxılmalı heç bir olay olmayıb. Qarşı tərəf də ona borclu olduğunu etiraf edib: “İndi bir halda ki mənə hədə-qorxu ilə tələbetmə ittihamı veriblər, ortaya sübut qoyulmalıdır. Gözləyirdim ki, istintaqda bununla bağlı sübutlar gətirəcək, üzümə şahidlər qoyacaqlar. Heç nə yoxdur, ola da bilməzdi, çünki belə bir hal baş verməyib”.

A.Qasımlı Q.Yusifovla aralarındakı pul məsələsinə mülki qaydada Mingəçevir şəhər Məhkəməsində baxıldığını və onun xeyrinə qərar çıxarıldığını xatırladıb. Məhkəmə qərar verib ki, Q.Yusifov pulu ona ödəməlidir. Məhkəmədə qarşı tərəf ona borclu olduğunu etiraf edib: “Bir müddət sonra nə baş verirsə, Daxili İşlər Nazirliyinə məktub yazır, sosial şəbəkələrdə status paylaşır ki, “Azər Qasımlı məni dövlətə, dövlətçiliyə qarşı qaldırırdı, alınmayanda təhdidlə pul tələb etməyə başladı”. Bir tərəfdən bunu deyir, o biri tərəfdən də “Bitcoin” məsələsi ilə əlaqədar borclu olduğunu etiraf edir. Bunun özü sübut edir ki, həbsim siyasi siyasi sifarişdir”.

Politoloq həbsindən öncə onun ölkədən çıxışına qadağa qoyulduğunu, Almaniyaya getmək istəyərkən hava limanından buraxılmadığını yada salıb. Onun sözlərinə görə, ötən ilin noyabrında artıq bilirdi ki, həbsinə hazırlıq gedir. Dekabrın 7-də oğlunu futbol məşqinə apararkən saxlanılıb.

“Bu cür davranışa nə ehtiyac vardı? Onsuz da hara çağırsalar, gələcəkdim…”, – A.Qasımlının sözləridir.

Politoloqun məhkəməsi oktyabrın 8-də davam edəcək.

Elmar
Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 02 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri