Icma.az
close
up
RU
Azər Salahlı: “Oyunumuzla özümüzə hörmət qazanırıq”

Azər Salahlı: “Oyunumuzla özümüzə hörmət qazanırıq”

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“İmişli”nin futbolçusu Azər Salahlının Futbolinfo.az-a müsahibəsi

– “Sabah”ı səfərdə 1:0 hesabı ilə məğlub edərək 3 xal qazandınız. Matç barədə nə deyə bilərsiniz?

– İlk hissədə həqiqətən də çətinlik çəkdik. Rəqib yaxşı komandadır, avrokuboklarda iştirak edirdilər. Səfərdə oynayırdıq, bu da əlavə çətinlik yaradırdı. Müdafiədə çox işləməli olduq. Şükürlər olsun ki, imkanlardan maksimum yararlandıq və qələbə qazandıq.

– Milli fasilə sizin üçün faydalı olacaqmı?

– Bu qələbə ilə kifayətlənmək olmaz. Çünki biz çox çalışmalıyıq, debütant komandayıq. Məşqlərimizi davam etdirməli və növbəti oyunlara hazırlaşmalıyıq. Bu fasilə bizə faydalı olacaq, daha yaxşı hazırlaşacağıq.

– Təcrübəli futbolçu olaraq karyeranız boyu bir neçə əcnəbi mütəxəssislə çalışmısınız. Portuqaliyalı baş məşqçi Jorj Kaşkilya ilə işləmək necədir, nə öyrənmisiniz?

– Əlbəttə, hər mütəxəssisin öz yanaşması olur. Çox fərqli məşqçidir, başqa oyun stili var. Gördüyünüz kimi kompakt oynayırıq, müdafiəyə meyilliyik. Heyətimizdə olan oyunçularla bu mümkündür. Kompakt müdafiədə oynayıb, əks-hücumlarda şansımızı gözləyirik. Komandada hər kəs bir-birinə fayda verir, hər kəs öz sahəsində dəstək olur. Baş məşqçi barədə yalnız xoş sözlər demək olar.

– “İmişli”yə futbol ictimaiyyəti tərəfindən qəribə təzyiq var – yəqin hiss edirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?

– Əlbəttə, xal qazandıqca rəqiblərin bizə olan yanaşması dəyişir, təzyiq artır. Öz oyunumuzla özümüzə hörmət qazanırıq. Çempionat başlamazdan əvvəl bəlkə də bəzi komandalar bizə yuxarıdan baxırdı. Amma hər oyunda göstəririk ki, hörməti öz gücümüzlə qazanırıq. Məncə, oyundan-oyuna daha da yaxşı olacaq.

– Azarkeşlərə nə demək istərdiniz?

– Azarkeşlərimizə də təşəkkür edirəm. Onlardan istəyim odur ki, hər zaman bizi dəstəkləsinlər. İnşallah, hər oyunda qələbə üçün mübarizə aparacağıq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 01 Sentyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri