Icma.az
close
up
RU
“Azər Türk Bank” dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır Nə baş verir?

“Azər Türk Bank” dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır Nə baş verir?

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dövlətə məxsus ikinci böyük bank - "Azər-Türk Bank” ASC artıq dörd ildir ki, ili mənfəətlə başa vurmasına baxmayaraq büdcəyə dividend ödəməkdən yayınır. 

Valyuta.az xəbər verir ki, Hesablama Palatası dəfələrlə bu məsələ ilə bağlı öz iradını bildirib.   

Belə ki, "Azər Türk Bank"ın xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib. 

Hətta Palata qeyd edib ki, 2023-cü il 01 yanvar tarixinə bankın 14.7 mln. manat bölüşdürülməmiş mənfəəti mövcud olub. 

Bundan sonra 2023-cü ildə Bankın dövlət büdcəsi qarşısında 1 milyon manat öhdəlik proqnozlaşdırılıb. Amma bank bu tələbi də yerinə yetirməyib. Belə ki, "Azər-Türk Bank” 2023-cü ildə 15,7 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü il üçün dövlət büdcəsinə heç bir dividend ödənişi etməyib. 

Başqa sözlə, dövlət bankının bu cür davranışı və büdcə qarşısında öhdəliklərini icra etməməsi suallar və şübhələr doğurur. Bu məsələ ilə bağlı ali audit qurumu olan Hesablama Palatası da təəccübünü gizlətmir. Bildirilir ki, bəzi dövlətə məxsus müəssisələrin gəlirlilik potensialı nəzərə alınmır və büdcə imkanları tam istifadə olunmur.   

Qeyd edək ki, ATB-dən fərqli olaraq əsas dövlət bankı ABB büdcə qarşısında öhdəliklərini icra edir. Bank 2024-cü il üzrə büdcəyə proqnozdan 13% çox, yəni 169,4 milyon manat dividend ödəyib. 

Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i "Ziraat Bank”a, 11%-i "Ziraat Bank International”a, 11,5%-I isə keçmiş maliyyə naziri Samir Şərifova məxsus olduğu deyilən  "AzRe Reinsurance” və "Qala Həyat" sığorta şirkətlərinə məxsusdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri