Icma.az
close
up
RU
“Azəraqrar”da qanun pozuntuları ÜZƏ ÇIXDI HEYVANLAR QANUNSUZ ŞƏKİLDƏ SATILIB

“Azəraqrar”da qanun pozuntuları ÜZƏ ÇIXDI HEYVANLAR QANUNSUZ ŞƏKİLDƏ SATILIB

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərmiş “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin keçmiş rəhbəri Fəda Abbasov və onun müşaviri Nofel Məmmədovun fəaliyyəti ilə bağlı aparılmış yoxlamalar zamanı ciddi qanun pozuntularının aşkarlanması barədə məlumatlar mövcuddur.

Bu barədə Gununsesi.info-ya özəl mənbələrdən daxil olan məlumatda deyilir.

Məlumata görə, son 3–4 ay ərzində nazirlik tərəfindən aparılan yoxlamalar nəticəsində bir sıra faktlar müəyyən edilib.

Belə ki, xaricdən gətirilmiş iribuynuzlu südlük cins heyvanlara lazımi qulluq göstərilməməsi nəticəsində yararsız vəziyyətə düşüb. Bu da gündə 35–40 litr süd verməli olan inəkərin 10 litrdən də az süd verməsinə səbəb olub.

Heyvanların sayının azalması, doğulmuş balaların satılması və sSənədlərdə göstərilən yem rasionunun faktiki olaraq təmin edilməyib.

Heyvanların ümumi vəziyyətinin acınacaqlı durumda olub. Xaricdən gətirilmiş ətlik şort iribuynuzlu heyvanların sayının 140 başdan 50 başa düşüb. Balaları isə qanunsuz şəkildə satılıb.

Məlumatda bildirilib ki, qalan heyvanların baxımsız və yararsız vəziyyətdə saxlanılır.

Xırdabuynuzlu heyvanların keyfiyyətsiz və yararsız heyvanlarla dəyişdirilib. Doğulan balaların sayı da sənədlərdə az göstərilib.

Satışa çıxarılan heyvanların qiymətinin sənədlərdə real dəyərindən aşağı göstərilib.

Qanunvericiliklə qəti qadağan olunmasına baxmayaraq, 5 min hektardan çox otlaq sahəsinin şumlanaraq dövlət məqsədləri əvəzinə rəhbər şəxslərin şəxsi maraqları üçün əkin aparılması və eyni zamanda bütün regionlarda olan əkinə yararlı torpaqların öz yaxınlarının adına birgə fəaliyyət müqaviləsi bağlanaraq öz maraqları üçün istifadə edilib.

Eyni zamanda Mərkəzi Aran regionunda əkin sahələrinin faktiki olaraq idarənin deyil, rəhbərliyin şəxsi təsərrüfatları üçün istifadə edilib.

Qarabağ bölgəsində faktiki əkin olmadığı halda reallığı əks etdirməyən statistik göstəricilər təqdim edilərək subsidiyaların alınıb və mənimsənilib.

Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq, aidiyyati qurumların bu faktlara hüquqi qiymət verməsi və nəticələrin ictimaiyyətə açıqlanması zəruri hesab olunur.

İdarəyə və regionlara işçilərin götürülərək rəhbər şəxslərin şəxsi işlərində istifadə edilməsi; Fəda Abbasovun Ağdərə rayonunda yaxın qohumu və sürücüsü Iqrarın adına sənədləşdirilmiş otel və restorana özəl maraqlar üçün daimi ezamiyyətlərin rəsmiləşdirilməsi; Həmin obyektlərdə çalışan şəxslərin eyni zamanda idarədə işçi kimi sənədləşdirilməsi və dövlət hesabına əməkhaqqı alması.

Yuxarıda sadalananlar yalnız bir hissəsidir və bildirilir ki, faktların miqyası daha genişdir. Qeyd olunan hallar dövlət əmlakına və büdcəsinə külli miqdarda ziyan vurulduğunu göstərir.

Bütün bunlara baxmayaraq aparılmış yoxlamalar zamanı yeyinti və digər qanun pozuntuları aşkar edilsə də, indiyədək Fəda Abbasov, Nofəl Məmmədov və digər məsul şəxslər barəsində adekvat hüquqi tədbirlərin görülmədiyi qeyd olunur.

Məlumata görə, sözügedən quruma yeni rəhbər vəzifəsinə Kənd Təsərrüfatı Nazirliyinin nazir müşaviri Rövşən Həsənovun yaxın tanışı və keçmiş iş yoldaşı Hikmət Hüseynov təyin olunmuşdur.

Yeni rəhbərliyin fəaliyyətə başladığı ilk dövrlərdən etibarən idarəetmə ilə bağlı narahatedici halların müşahidə edildiyi bildirilir. İddialara əsasən:

İdarənin faktiki olaraq dövlət qurumu deyil, şəxsi şirkət kimi idarə olunmağa başlanması; Uzun illər həmin qurumda çalışmış, sahə üzrə təcrübəli işçilərin kənarlaşdırılması; Kənd təsərrüfatı sahəsində bilik və təcrübəsi olmayan şəxslərin, əsasən yaxın çevrədən olanların vəzifələrə gətirilməsi Kənd Təsərrüfatı Nazirliyində  nazirin kadr işləri üzrə müşaviri FəridNəcəfovun öz adamlarını işə cəlb etməsi və keçmiş işçilərin söhbət aparılaraq işdən uzaqlaşmasını tələb etmələri Yeni təyin etdikləri işçilərin indiyə qədər dövlət qrumlarında çalışmaması

Bundan əlavə, bildirilir ki, rəhbər şəxsin qəbuluna düşməyin həddindən artıq çətinləşdirilməsi idarədaxili idarəetmədə ciddi problemlər yaradıb. Kiçik bir qrum üçün 3 nəfər müşavirin təyin edilməsi, həmçinin yeni təyin olunmuş şəxslərə əməkhaqqının 100 faizi həcmində mükafatların yazılması, halbuki qanunvericiliyə əsasən 6 ay tamam olmadan mükafat verilməsi də sual doğurur. Həmin mükafatların konkret hansı fəaliyyət və nəticəyə görə verildiyi də aydın deyil.

Son dövrlər Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi MMC-də baş verən proseslər cəmiyyətdə ciddi narahatlıq və haqlı suallar doğurur. Müəssisədə yeni rəhbərliyin gəlişindən sonra uzun illər təcrübəyə malik işçilərin kütləvi şəkildə işdən azad edilməsi, onların yerinə isə rəhbərin əvvəl fəaliyyət göstərdiyi qurumlardan, xüsusilə MKT ilə əlaqəli şəxslərin cəlb olunması açıq şəkildə qanun pozuntusu, maraqlar toqquşması və qeyri-peşəkar kadr siyasəti şübhələri yaradır.

Peşəkar kadrların kənarlaşdırılması və əvəzində şəxsi loyallığa əsaslanan təyinatların aparılması dövlətə məxsus bir müəssisənin idarə olunması prinsiplərinə ziddir. Bu cür yanaşma nə şəffaflıq, nə də obyektivliklə uzlaşır və nəticə etibarilə kənd təsərrüfatı sektorunun inkişafına ciddi zərbə vurur.

Azəraqrar kimi strateji əhəmiyyətli bir qurumda bu cür idarəetmə təkcə müəssisənin deyil, ümumilikdə ölkədə kənd təsərrüfatının vəziyyətinin zəifləməsinə səbəb olur. Bu gün Azərbaycanda kənd təsərrüfatının faktiki olaraq aşağı səviyyəyə enməsi də məhz bu tip yanlış idarəetmə və kadr siyasətinin nəticəsi kimi dəyərləndirilə bilər.

Xüsusilə narahatlıq doğuran məqam ondan ibarətdir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun bu cür qeyri-peşəkar kadrların işə götürülməsinə və onların qanunazidd hərəkətlərinə göz yumması cəmiyyətdə ciddi suallar yaradır.

İctimaiyyət haqlı olaraq soruşur: baş verənlərə görə məsuliyyət kimdədir və nə vaxta qədər bu vəziyyət davam edəcək?

Bu açıq məktubun məqsədi kimisə hədəfə almaq deyil, dövlət maraqlarının qorunmasına, şəffaf və peşəkar idarəetmənin təmin olunmasına, eləcə də kənd təsərrüfatının real inkişafına diqqət çəkməkdir. Hesab edirik ki, aidiyyəti qurumlar bu məsələlərə təcili və obyektiv hüquqi qiymət verməlidirlər.

Mediada dərc olunan və ictimaiyyətə açıq mənbələrdə yer alan məlumatlarda da qeyd olunur ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərliyi dövründə kadr siyasətində peşəkarlıqdan çox şəxsi bağlılıq və əvvəlki iş əlaqələri üstünlük təşkil edir. Bildirilir ki, nazirliyə və tabeli qurumlara təyin olunan bir sıra yeni kadrlar sahə üzrə kifayət qədər təcrübəyə malik olmadan məsul vəzifələrə gətirilmişdir.

Bu yanaşma təkcə Azəraqrar DİEB MMC-də deyil, ümumilikdə kənd təsərrüfatı sektorunda idarəetmə boşluğu, institusional zəifləmə və səmərəsizlik yaradıb. Təcrübəli kadrların sistemdən kənarlaşdırılması, onların yerinə isə peşəkar seçim meyarları gözlənilmədən şəxslərin təyin edilməsi kənd təsərrüfatının inkişafına deyil, faktiki olaraq tənəzzülünə xidmət edir.

Bu gün Azərbaycanda kənd təsərrüfatının real vəziyyətinin bir çox hallarda demək olar ki, yox səviyyəsində olması da məhz bu cür yanlış idarəetmə və məsuliyyətsiz kadr siyasətinin nəticəsi kimi qiymətləndirilə bilər. Dövlət vəsaiti hesabına fəaliyyət göstərən qurumlarda şəxsi maraqlara əsaslanan qərarlar ölkənin strateji sahələrindən biri olan kənd təsərrüfatını çıxılmaz vəziyyətə salır.

Qeyd olunur ki, bu cür idarəetmə tərzi davam edərsə, yaxın gələcəkdə qurumun yalnız adının qalacağı, istehsal və təsərrüfat fəaliyyətinin isə tam iflic olacağı riski mövcudur.

Məsələnin ciddiliyi nəzərə alınaraq, yeni rəhbərliyin fəaliyyətinin də aidiyyəti dövlət qrumları tərəfindən araşdırılmasına ehtiyac olduğu bildirilir.

Elmar Elnuroğlu

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Fevral 2026 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see253

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see241

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see210

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see199

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see178

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see175

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see159

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri