Azərbaycan 1 ci liqasının nöqsanları
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan 1-ci Liqasında keçirilən bəzi oyunlarında qeydə alınan nöqsanlarla bağlı cərimələr tətbiq olunub.
Güman edirik ki, növbəti turlarda onlar bu problemləri aradan qaldıracaq. Bu, həm də maddi çətinlikləri olan həmin klubları əlavə xərcə salmaz.
Bəs həmin nöqsanlar və buna görə tətbiq olunan cərimələr nədən ibarətdir?
“Şahdağ Qusar” – “Karvan-Yevlax” oyunu
AFFA-nın saytında açıqlanan qərarlara nəzər yetirək:
Sentyabrın 9-da I Liqada II turun “Şahdağ Qusar” – “Karvan-Yevlax” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şahdağ Qusar” klubu 750 manat cərimə edilib.
“Zaqatala” – “Baku Sportinq” oyunu
Sentyabrın 10-da I Liqada II turun “Zaqatala” – “Baku Sportinq” oyunundan əvvəl “Zaqatala” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə “Zaqatala” klubu 450 manat cərimə edilib. Oyun “Zaqatala” komandasının futbolçularının formasında problem olması səbəbindən gec başladığı üçün klub daha 450 manat cərimələnib.
“Gəncəbasar” – “Xankəndi” oyunu
Sentyabrın 10-da I Liqada II turun “Gəncəbasar” – “Xankəndi” oyunundan əvvəl “Gəncəbasar” komandası matçın ilkin protokolunu elektron bazada gec təsdiq etdiyinə görə klub 450 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Gəncəbasar” klubu 750 manat cərimə edilib.
Yenə də bu matçda “A buraxılışı” olmayan şəxslər texniki zonada olduğuna görə “Gəncəbasar” klubu daha 300 manat cərimə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















