Icma.az
close
up
RU
Azərbaycan 4 ayda xaricə 18 milyard dollarlıq məhsul satıb

Azərbaycan 4 ayda xaricə 18 milyard dollarlıq məhsul satıb

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 2026-cı ilin yanvar-aprel ayların Azərbaycanın xarici ticarət dövriyyəsi 18 milyard dolları ötüb. 

Gununsesi.info rəsmi statistikaya istinadən xəbər verir ki, bu dörd ay ərzində xarici ticarət dövriyyəsi 18060,7 milyon ABŞ dolları təşkil edib və nəticədə 7011,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi cari qiymətlərlə 10,1 faiz artsa da, real ifadədə 8,7 faiz azalıb.

Ticarət əməliyyatlarının ümumi həcmindən ixracın payına 12535,9 milyon dollar düşüb ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə cari qiymətlərlə 51,7 faiz, real ifadədə isə 29,3 faiz artım deməkdir. Xüsusilə qeyri-neft-qaz məhsullarının ixracında kəskin artım müşahidə olunub; bu göstərici cari qiymətlərlə 4,4 dəfə, real ifadədə isə 3,1 dəfə yüksələrək 4698,8 milyon dollara çatıb. İdxal əməliyyatları isə əksinə, azalma meyil nümayiş etdirərək 5524,8 milyon dollar təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrünə nisbətən cari qiymətlərlə 32,1 faiz, real ifadədə isə 47,5 faiz geriləməni göstərir.

Bundan başqa, xarici ticarət dövriyyəsində ən çox paya malik olan ölkələrlə aparılan əməliyyatlarda idxal və ixracın xüsusi çəkisi fərqli formalaşmışdır. İtaliya ilə ticarətdə ixracın payı 96,0 faiz, idxal isə 4,0 faiz təşkil edib. Birləşmiş Krallıq ilə əməliyyatlarda ixrac 97,5 faiz, idxal 2,5 faiz, Türkiyə ilə isə ixrac 58,6 faiz, idxal 41,4 faiz olub. Çin ilə ticarətdə idxal 97,4 faiz kimi mütləq üstünlüyə malik olduğu halda, ixrac cəmi 2,6 faiz təşkil edib. Rusiya ilə əlaqələrdə idxal 69,4 faiz, ixrac 30,6 faiz, Gürcüstan ilə əməliyyatlarda ixrac 88,3 faiz, idxal 11,7 faiz kimi qeydə alınıb. Almaniya ilə ticarətdə idxalın çəkisi 60,6 faiz, ixracın çəkisi 39,4 faiz, Yunanıstan ilə ixrac 93,2 faiz, idxal 6,8 faiz, Bolqarıstan ilə isə ixrac 97,3 faiz, idxal 2,7 faiz olub. ABŞ ilə aparılan ticarət əməliyyatlarında isə idxalın payı 91,8 faiz, ixracın xüsusi çəkisi isə 8,2 faiz təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 164 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Hesabat dövründə ölkəmizdən 112 ölkəyə məhsul ixrac edilib, 150 ölkədən isə idxal olunub. (Modern.az)

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 İyun 2026 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri