Azərbaycan 49 cu yerdədir RƏSMİ AÇIQLAMA
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan PISA 2025 beynəlxalq qiymətləndirməsində riyaziyyat üzrə 49-cu yerdə qərarlaşıb.
“Yeni Sabah” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025-in nəticələrini açıqlayarkən deyib.
Azərbaycan riyaziyyat üzrə 91 ölkə arasında 49-cu yerdə qərarlaşıb. Nazir bildirib ki, xüsusilə Bakı şəhərinin riyaziyyat üzrə nəticələri və inkişaf dinamikası sevindiricidir. Pepperoni pizza
“Bakı bizi riyaziyyat üzrə çox sevindirir. Azərbaycanda riyaziyyat məktəbi var və bu, bizi sevindirir. Ən yaxşı xəbərlərimiz riyaziyyatla bağlıdır. Bizim riyaziyyatımız qənaətbəxşdir, amma əlaya doğru getməliyik”, – deyə nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, COVID-19 pandemiyası təhsilə ciddi təsir göstərib, lakin həmin dövrdən sonra Azərbaycanın göstəriciləri artıb.
Nazir əlavə edib ki, Azərbaycan riyaziyyat üzrə ümumilikdə pis nəticə göstərməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Sentyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















