Icma.az
close
up
RU
Azərbaycan 8 avqust anlaşmasını icra edir: Ptzeident Astanada həm də siyasi mesaj verdi

Azərbaycan 8 avqust anlaşmasını icra edir: Ptzeident Astanada həm də siyasi mesaj verdi

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

“Prezidentin Ermənistanla bağlı məhdudiyyətləri qaldırması və faktiki olaraq yüklərinin Azərbaycan üzərindən Ermənistana daşınması 8 avqust Vaşinqton razılaşmasından sonra reallaşıb”.

Bunu Bakıvaxtı.az-a Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması barədə dediklərinə münasibət bildirən siyasi şərhçi Samir Hümbətov deyib.

Onun sözlərinə görə, bu, etimad mühitinin yaradılması istiqamətində atılan çox mühüm bir addımdır:

"Azərbaycan Ermənistana göstərir ki, 8 avqust anlaşmasını praktiki olaraq icra edir. Məlumdur ki, Vaşinqtonda imzalanmış sənədlərdə kommunikasiyaların qarşılıqlı açılması da nəzərdə tutulur. Ona görə də Azərbaycan tərəfindən Ermənistana belə bir jest göstərilir. Azərbaycan da həmçinin göstərir, artıq aramızda mövcud olan münaqişə başa çatıb və biz sülhə doğru konkret addımlar atırıq”.

Müsahibimiz vurğulayıb ki, bu, Prezidentin jesti olmaqla yanaşı, həm də siyasi bir mesajdır. Dediyinə görə, belə bir qərar tərəflər arasında sülh prosesinin praktiki mərhələyə keçdiyini göstərir:

“İmzalanmış sənədlərin real addımlara çevrilməsinin nümunəsidir. Eyni zamanda bu, Ermənistan cəmiyyətinə də mesajdır ki, bizimlə bağlı narahatlığa əsas yoxdur. Azərbaycanın da yükləri, vasitələri sizin ərazinizdən keçə bilər və bu, qarşılıqlı inamın formalaşmasına xidmət edir".

Samir Hümbətov: Bu, Ermənistan cəmiyyətinə də mesajdır ki, bizimlə bağlı narahatlığa əsas yoxdur

Analitik qeyd edib ki, məhz Qazaxıstan səfəri çərçivəsində bu fikirlərin səsləndirilməsi simvolik anlam daşıyır:

"Qazaxıstan həm Ermənistanla KTMT və Avrasiya İqtisadi İttifaqında tərəfdaşdır, həm də Azərbaycanla sıx əməkdaşlıq edir. Bu baxımdan həmin platformada belə bir açıqlamanın verilməsi Azərbaycanın bu mövzuya verdiyi əhəmiyyəti göstərir. Ermənistan tərəfi bu jesti müsbət qarşıladı. İndi növbəti addımın onlardan gəlməsi gözlənilir".

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib. Ermənistan Respublikası Prezidentin bu bəyanatını alqışlayıb.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri