Azərbaycan 9 ayda 15,8 milyon ton neft ixrac edib
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 10 ölkəyə 15 milyon 829 min 589,9 ton xam neft ixrac edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr İtaliya, Çexiya və Rumıniya olub.
Belə ki, İtaliyaya 5 milyard 511 milyon ABŞ dolları dəyərində 8 milyon 881 min 441,48 ton neft göndərilib. Çexiyaya 908 milyon 481 min dollar dəyərində 1 milyon 326 min 505,29 ton, Rumıniyaya isə 644 milyon 318 min dollar dəyərində 1 milyon 14 min 14,22 ton xam neft ixrac olunub.
Statistikaya əsasən, Hindistan, Tunis, Bolqarıstan, İndoneziya və İsveçrəyə neft ixracında da əhəmiyyətli artım qeydə alınıb. Xüsusilə Hindistana ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə, İndoneziyaya ixrac isə 2,7 dəfə artıb.
Bununla yanaşı, Almaniyaya neft ixracı 25,47%, Portuqaliyaya ixrac isə 44,69% azalıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın xam neft ixracının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,86% azalıb. İxracın statistik dəyəri isə 10 milyard 103 milyon ABŞ dolları təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 19 Oktyabr 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















