Azərbaycan 9 ayda 5 mlrd. dollara yaxın birbaşa xarici investisiya cəlb edib
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana birbaşa investisiyalar 4 milyard 736 milyon 63 min ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4.7% və ya 213 milyon 485 ABŞ dolları çoxdur.
Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycana yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 4 milyard 522 milyon 578 min ABŞ dolları təşkil edib.
Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyalar 2 milyard 38 milyon 685 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 47,7% və ya 658 milyon 90 ABŞ dollar çoxdur.
Ən yüksək faiz verən depozit hansı bankdadır?
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 15 Dekabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















