Icma.az
close
up
RU
Azərbaycan ABŞ münasibətləri necə inkişaf edəcək? Trampın İlham Əliyevin çıxışına xüsusi diqqəti

Azərbaycan ABŞ münasibətləri necə inkişaf edəcək? Trampın İlham Əliyevin çıxışına xüsusi diqqəti

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, iyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib. Dövlət başçısı Forum iştirakçılarının suallarını cavablandırıb və vacib məsələlərə toxunub. 

ABŞ prezidenti Donald Tramp isə Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən “Qlobal Şuşa Media Forumu – 2025”dəki çıxışını özünün rəsmi “Truth Social” hesabında paylaşıb. 

İlham Əliyev forumda bildirib: “Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür.

Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun”.

Bəs görəsən, bundan sonra Azərbaycan-ABŞ münasibətləri necə inkişaf edə bilər?

Mövzu ilə bağlı “Unikal”a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib ki, Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda bütün suallar üzrə cavabları böyük maraq doğurdu:

“Dövlət başçısı həm daxili, həm də xarici məsələlərə toxundu. Azərbaycan liderinin məsələlərə yanaşması obyektiv, eyni zamanda beynəlxalq hüquq normalarına uyğun idi. Prezident İlham Əliyev verilən sualların birinə cavabında ABŞ-dakı prezident seçkiləri ilə bağlı fikirlərini bölüşdü. 

Donald Trampın hakimiyyəti dövründə ölkəsinin müharibələrdə iştirak etmədiyini, onun fikirlərinin real, praqmatik olduğunu və ölkəsinin maraqlarına cavab verdiyini söylədi. Bu, həqiqətən də belədir.

Bu, təkcə ABŞ-ın Azərbaycanla münasibətlərinə aid deyil, dünya siyasətində oynadığı rolunun real qiymətidir. Məsələ diqqəti cəlb etdi. ABŞ Prezidenti bu çıxışı özünün sosial şəbəkəsində paylaşdı”, - deyə o əlavə edib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın mövqeyi beynəlxalq aləmdə diqqətlə öyrənilir: “Azərbaycan liderinin bu və ya digər məsələyə dair fikirləri eyni zamanda hörmətlə qarşılanır. Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra onsuz da Azərbaycan-ABŞ münasibətlərində ciddi dəyişikliklər baş verməyə başladı.

ABŞ-ın əvvəlki administrasiyası Azərbaycana qarşı qeyri-obyektivliyi, bir sıra hallarda isə daxili işlərimizə qarışmaq mövqeyi ilə seçilirdi. Azərbaycan vaxtaşırı öz etirazını bildirsə də, proses davam edirdi. Hazırda isə biz bunu müşahidə etmirik.

Cənab Trampın bu addımı onu göstərir ki, ABŞ Azərbaycanın regionda və dünyada nüfuzuna xüsusi qiymət verir. Ərazicə və əhalicə kiçik olsa da, Azərbaycanın siyasətdə oynadığı rolunu kifayət qədər ciddi qəbul edir. Hesab edirəm ki, bundan sonra da, münasibətlərimiz hər iki tərəfin maraqlarına uyğun olaraq sistemli şəkildə yüksəlməyə davam edəcək”.

Murad İbrahimli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://unikal.az
archiveBu xəbər 24 İyul 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri