Icma.az
close
up
RU
Azərbaycan ABŞ Münasibətləri: Strateji Yanaşma və Qlobal Çağırışlar Fonunda Yeni Perspektivlər

Azərbaycan ABŞ Münasibətləri: Strateji Yanaşma və Qlobal Çağırışlar Fonunda Yeni Perspektivlər

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin 9 aprel tarixində ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səsləndirdiyi bir sıra fikirlər, xüsusilə də “Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik” bəyanatı, Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və prioritetlərini bir daha ortaya qoydu. Bu fikir sadəcə diplomatik ritorika deyil, eyni zamanda ölkəmizin müstəqillik qazandığı gündən bəri apardığı xarici siyasət kursunun davamlı və düşünülmüş şəkildə həyata keçirildiyini göstərir.

Azərbaycan, yerləşdiyi geosiyasi mövqe baxımından tarixən bir çox güc mərkəzlərinin maraq dairəsində olub. Bu reallığı nəzərə alaraq, ölkəmiz müstəqilliyini bərpa etdiyi gündən etibarən beynəlxalq arenada balanslı, çoxşaxəli və praqmatik xarici siyasət yürütmək yolunu seçib. Bu siyasətin əsas sütunlarından biri isə ABŞ-la münasibətlərin qurulması və inkişaf etdirilməsidir.

ABŞ – dünyanın ən güclü iqtisadiyyatı, hərbi qüdrəti və
qlobal təsir imkanlarına malik bir dövlətdir. Belə bir güclə sağlam, qarşılıqlı hörmətə və maraqlara əsaslanan münasibətlərin qurulması, hər bir ölkə üçün vacibdir.

Azərbaycan bu zərurəti vaxtında dərk etmiş və ABŞ-la strateji tərəfdaşlıq istiqamətində addımlar atmışdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu münasibətlərin əsasını qarşılıqlı anlaşma və əməkdaşlıq
təşkil edir.

İlk növbədə, enerji təhlükəsizliyi sahəsində Azərbaycan-ABŞ münasibətləri xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin zəngin neft və qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması layihələrində ABŞ şirkətlərinin – xüsusilə də “ExxonMobil”, “Chevron” kimi nəhənglərin iştirak etməsi, iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə təkan verdi. Bakı-Tbilisi-Ceyhan (BTC) və
digər enerji kəmərləri layihələri ABŞ tərəfindən daim dəstəklənmişdir və bu, Azərbaycanın enerji müstəqilliyini və Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm addım oldu. Bundan əlavə, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və onun beynəlxalq hüquq çərçivəsindəki haqlı mövqeyini
dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra regionda
yaranmış yeni reallıqlar fonunda ABŞ-ın Cənubi Qafqazda sabitliyin və davamlı sülhün təmin olunmasına maraqlı olması, Azərbaycanla bu sahədə əməkdaşlıq üçün geniş
imkanlar yaradır.

Prezident İlham Əliyevin çıxışında yer alan fikirlər həm də yeni dünya düzənində Azərbaycanın necə bir mövqe tutmaq istədiyinin göstəricisidir. Yeni dünya nizamı dedikdə, qlobal güc balanslarının dəyişdiyi, çoxqütblülüyə doğru irəliləyən, milli maraqların və beynəlxalq əməkdaşlığın qarşılıqlı
şəkildə uzlaşdırıldığı bir sistem nəzərdə tutulur. Bu yeni
nizamda Azərbaycan öz sözünü deməyə, təşəbbüslərlə çıxış
etməyə və beynəlxalq dialoqda fəal iştirak etməyə çalışır. Belə bir şəraitdə, ABŞ-la münasibətlərin inkişafı Azərbaycanın qlobal arenada nüfuzunun daha da artmasına
xidmət edir.

ABŞ-la əməkdaşlığın digər vacib sahəsi isə təhlükəsizlik və terrorizmlə mübarizədir. Azərbaycan, 2001-ci ildən bəri qlobal terrorizmə qarşı mübarizədə ABŞ-ın tərəfdaşı olmuş, Əfqanıstanda koalisiya qüvvələrinin tərkibində iştirak etmiş, regionda sabitliyin qorunması istiqamətində mühüm rol oynamışdır. Bu əməkdaşlıq iki ölkə arasında strateji qarşılıqlı etimadın formalaşmasına səbəb olmuşdur. Təhsil, mədəniyyət və insan hüquqları sahəsində də Azərbaycan-ABŞ münasibətləri müxtəlif proqram və layihələrlə dəstəklənir. ADA Universiteti də daxil olmaqla bir sıra təhsil ocaqları ABŞ universitetləri ilə əməkdaşlıq
edir, tələbə mübadilə proqramları və birgə tədqiqat layihələri həyata keçirilir. Bu, xalqlar arasında mədəni körpülərin qurulmasına və gələcək nəsillər arasında dostluğun inkişafına səbəb olur. Nəticə etibarilə, Prezident İlham Əliyevin “Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik” fikri sadəcə
diplomatik jest deyil, Azərbaycanın çoxillik dövlət strategiyasının, müstəqil xarici siyasət xəttinin və sülhə, sabitliyə, əməkdaşlığa sadiqliyinin ifadəsidir. Bu münasibətlərin davamlı inkişafı həm regional, həm də qlobal təhlükəsizlik və rifah baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın gələcəyə baxan, milli maraqlara əsaslanan və qlobal reallıqları nəzərə alan siyasəti fonunda ABŞ-la əməkdaşlıq daha da genişlənəcək və hər iki tərəf üçün faydalı nəticələr verəcəkdir.

Ramil Mirzəyev,

YAP Xətai rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Aprel 2025 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri