Icma.az
close
up
RU
Azərbaycan ABŞ münasibətlərini gələcəyə daşıyacaq yeni strateji imkanlar...

Azərbaycan ABŞ münasibətlərini gələcəyə daşıyacaq yeni strateji imkanlar...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarşılıqlı maraqlar, real geosiyasi vəziyyət, iqtisadi inteqrasiya, təhlükəsizlik əməkdaşlığı və qlobal proseslərdə birgə fəaliyyət...

907-ci düzəlişin tam ləğv olunması artıq zərurətə çevrilir...

Donald Trampın yenidən hakimiyyətə qayıdışı beynəlxalq münasibətlər sistemində çoxvektorlu dəyişikliklərin başlanğıcını qoyduğu kimi, Azərbaycan-ABŞ əlaqələrində də yeni mərhələnin əsasını formalaşdırdı. Vaşinqtonun son aylarda Bakıya yönələn mesajlarında, yüksək səviyyəli dialoqlarda və regional təşəbbüslərə münasibətində açıq şəkildə müşahidə olunan dönüş ABŞ administrasiyasının Azərbaycanın regionda yaratdığı sabitlik modelini və sülh təşəbbüslərini yüksək qiymətləndirdiyini göstərir. Xüsusilə 2020-ci ildə əldə edilən qələbədən sonra bölgədə formalaşan yeni geosiyasi nizam, Azərbaycanın diplomatik manevr imkanları və praqmatik, ardıcıl xarici siyasət kursu ölkəmizi qlobal siyasi xəritənin aparıcı aktorlarından birinə çevirib. Bu gün Azərbaycan nəinki Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasının müəllifidir, həm də geniş Avrasiya məkanında enerji təhlükəsizliyi, nəqliyyat şəbəkələri, sülh prosesləri və əməkdaşlıq layihələrinin mərkəzində dayanan dövlət kimi çıxış edir.

Vaşinqtonun Cənubi Qafqaza baxışında Azərbaycanın fərqli mövqeyi

Ötən 11 ay ərzində iki ölkə arasında məktublaşmaların intensivləşməsi, ABŞ rəsmilərinin və beyin mərkəzlərinin nümayəndələrinin, siyasət adamlarının Azərbaycana ardıcıl səfərləri, qlobal tədbirlər çərçivəsində baş tutan təmaslar Vaşinqtonun regionda yeni siyasi mərhələni qəbul etdiyini təsdiqləyir. Azərbaycan artıq təkcə strateji enerji tərəfdaşı deyil, həm də yeni beynəlxalq nizamın formalaşmasında fəal rolu olan dövlət kimi dəyərləndirilir. Vaşinqtonun Cənubi Qafqaza baxışında Azərbaycanın mövqeyi daha fərqlidir - bu isə tərəflər arasında münasibətlərin keyfiyyət baxımından da yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bakı bu gün qlobal təhlükəsizlik, yeni nəqliyyat və enerji dəhlizləri, geopolitik balansların qurulması və əməkdaşlıq platformalarının inkişafında həlledici aktor kimi qəbul olunur. Elə buna görə də Azərbaycan-ABŞ münasibətləri yalnız iki dövlət arasındakı maraqların kəsişməsi deyil, həm də qlobal miqyasda yeni siyasi dinamikanın formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakının sülh arxitekturası münasibətləri strateji müstəviyə daşıyır

Bu, bir həqiqətdir ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi ardıcıl siyasət regionun təhlükəsizlik mənzərəsinə yeni və möhkəm təmələ əsaslanan ştrixlər əlavə edib - bu isə ABŞ-Azərbaycan münasibətlərində strateji yüksəliş mərhələsini başladan bir amil sayılır. ABŞ administrasiyasının, konkret Donald Trampın Azərbaycanın yüksək potensialına, Prezident İlham Əliyevin liderlik bacarığına verdiyi dəyər, Bakıya ünvanlanan və özündə strateji əməkdaşlığı ehtiva edən məktublar, Vaşinqtonun sülh prosesinə baxışındakı yeni ton onu göstərir ki, yaradılan sabitlik modeli artıq qlobal güclər tərəfindən qəbul edilmiş siyasi reallıqdır. 30 illik münaqişənin bitməsi, ərazi bütövlüyünün tam təmin olunması, Cənubi Qafqazda yeni əməkdaşlıq mühitinin qurulması və Bakının region dövlətləri arasında balans yaradan aparıcı rolu Vaşinqton üçün strateji əhəmiyyət daşıyır.

Yeri gəlmişkən, Vaşinqtonda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyətinin rəhbəri Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da bildirib ki, avqust görüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda sülhün bünövrəsini, əsasını yaradaraq regionumuzu tamamilə başqa səviyyəyə yüksəltdi və Amerika-Azərbaycan münasibətləri də artıq strateji əlaqələr səviyyəsinə qalxıb.

Prezident İlham Əliyevin formalaşdırdığı yeni regional nizam, münaqişələrin dialoq yolu ilə həlli, kommunikasiyaların açılması və iqtisadi-siyasi inteqrasiyanın təşviqi Vaşinqtonun Qafqaz strategiyası ilə üst-üstə düşür. Məhz bu səbəbdən ABŞ-Azərbaycan münasibətləri indi sadəcə diplomatik təmaslardan ibarət deyil - tərəflər arasında siyasi, hərbi, enerji, logistika və təhlükəsizlik istiqamətlərində əlaqələr strateji çalar qazanıb.

Münasibətlərdə fərqli konturlar...

Millət vəkili vurğulayıb ki, Minsk qrupunun ləğvi, 907-nin dayandırılması, bir neçə gün bundan əvvəl işçi qrupuna ABŞ-ın həmsədr təyin etməsi, ən yüksək səviyyədə məmurların Azərbaycana səfərləri, Azərbaycan-Amerika münasibətlərini müzakirə etməsi yeni tarixdir: “Bu tarixi biz Konqresdə, Senatda hiss edirik. Vaxt var idi, onlar bizimlə şəkil çəkdirmək belə, istəmirdilər. Ona görə ki, erməni lobbisi var idi. İndi də var, ancaq Azərbaycan artıq fərqli Azərbaycandır və ABŞ da fərqli ABŞ-dır. İndi görüşlərin sayı gündən-günə artır. İndi senatorlar, konqresmənlər Azərbaycana gəlmək istəyirlər və gəlirlər”.

Həqiqətən də 8 avqust görüşü yalnız regionun daxilində deyil, ABŞ-ın Cənubi Qafqaz siyasətində də yeni fəlsəfənin əsasını qoydu. Vurğulandığı kimi, son aylar ərzində yüksək səviyyəli məmurların Bakıya səfərlərinin intensivləşməsi, Vaşinqtonun aparıcı beyin mərkəzlərinin Azərbaycanda regional təhlükəsizlik və enerji məsələlərini müzakirə etməsi, ABŞ Konqresində Azərbaycanla bağlı yanaşmanın dəyişməsi münasibətlərdə yeni siyasi formatın formalaşdığını təsdiqləyir. Əvvəllər Vaşinqton bölgəyə daha çox vasitəçi mövqeyi ilə yanaşırdısa, indi Azərbaycanla bərabərhüquqlu strateji tərəfdaşlıq müstəvisində əməkdaşlıq modelinə keçid müşahidə olunur. Bu, həm də onu göstərir ki, ABŞ Cənubi Qafqazda sabitliyi təmin edən yeganə real güc kimi məhz Azərbaycanın rolunu qəbul edib.

907-ci düzəliş və erməni lobbisi ABŞ-ın maraqlarına qarşıdırlar

S.Seyidov bildirib ki, Azərbaycan güclüdür və haqq, ədalət yolunun ən yüksək səviyyədə təbliğatçısıdır: “Biz istəyirik ki, ABŞ Konqresi və Senat 907-ci düzəlişi müzakirə edərək birdəfəlik aradan qaldırsın. Biz istəyirik ki, Azərbaycanla bağlı hələ də hər hansı təşəbbüsləri irəli sürüb, ümumi sülh məsələlərini zəhərləmək istiqamətində çalışan erməni lobbisi artıq başa düşsün ki, onlar bizə qarşı yox, ABŞ-ın maraqlarına qarşı işləyirlər. Bunu artıq Amerikanın ən yüksək səviyyəli  dairələrində başa düşürlər”.

Qeyd edək ki, rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ilk dəfə 1992-ci ildə senator Con Makkeyn tərəfindən təklif edilmişdi. Sonradan isə senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Ueyn Ouens (Yuta ştatı) tərəfindən Konqresdə irəli sürüldü və erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində Konqres tərəfindən qəbul edildi. 11 sentyabr 2001-ci ildə terror aktından sonra Konqres prezidentə düzəlişi ləğv etmək hüququ verən qanun qəbul etdi. Cozef Baydenin ABŞ prezidenti seçilməsinin ardından isə rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı göstərməsini qadağan edən bu düzəliş ləğv edilmədi.

Bu ilin avqustunda Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı Azərbaycan-ABŞ münasibətlərinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də ABŞ Prezidentinin Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalanması oldu. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən məhz Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıdı, ABŞ-ın Azərbaycanla əlaqələrin inkişafına verdiyi önəmin təcəssümünə çevrildi. Beləliklə, 907-ci düzəlişin dayandırılması uzun illər Vaşinqtonun siyasi arsenalında qalan iradə baryerinin aradan qaldırılması deməkdir. ABŞ-ın bu addımı onu göstərir ki, Vaşinqton Azərbaycanla əməkdaşlıqda siyasi təzyiq alətlərini deyil, qarşılıqlı maraq və reallığa əsaslanan yanaşmanı seçib.

İctimai müzakirələr münasibətləri daha da dərinləşdirir...

ABŞ ictimaiyyəti də Azərbaycan ilə münasibətlərin yeni müstəviyə qədəm qoymasını yüksək dəyərləndirir. ABŞ-ın Hudson İnstitutunda səfərdə olan Azərbaycan parlamentinin, Xarici İşlər Nazirliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və yəhudi icmasının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə dəyirmi masa keçirilib. Dəyirmi masada, həmçinin ABŞ beyin mərkəzlərinin təmsilçiləri də iştirak ediblər. Tədbirdə çıxış edən mərkəzin direktoru Mayk Doran Bakının prioritetlərinin ABŞ-ın maraqlarına uyğun olduğunu deyib. Doran bildirib ki, Azərbaycan həm də Mərkəzi Asiya dövlətləri üçün Avropaya açılan qapıdır. Azərbaycanın bu istiqamətdə rolu barədə daha çox danışılmalıdır.

Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, artıq regionda yeni reallıqlar formalaşıb və Azərbaycan suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yeni tarixi səhifə açıb. O, avqustun 8-də Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında Vaşinqtonda keçirilən üçtərəfli görüşün böyük bir tarixi fürsət yaratdığını deyib.

Digər çıxış edən natiqlər də ikitərəfli münasibətlərdə irəliləyiş əldə etmək üçün danışıqların aparılmasının zərurətindən, 907-ci düzəlişin tam olaraq ləğv olunmasından söhbət açıblar. Bundan başqa, Azərbaycanın region ölkələri, o cümlədən Türkiyə ilə müttəfiqlik əlaqələri, Mərkəzi Asiya ilə əlaqələrin inkişafında rolu, TRIPP layihəsi və regionun iqtisadi potensialının gücləndirilməsi üçün atılan addımlar, ABŞ-la münasibətlər istiqamətində müzakirələr aparılıb. 

Nəticə etibarı ilə,  Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan yeni dinamikalar göstərir ki, tərəflər arasında əməkdaşlıq keyfiyyətcə fərqli mərhələyə daxil olub. Azərbaycan-ABŞ münasibətləri artıq yeni strateji doktrinanın konturlarını müəyyənləşdirir. Bu doktrina qarşılıqlı maraqlar, real geosiyasi vəziyyət, iqtisadi inteqrasiya, təhlükəsizlik əməkdaşlığı və qlobal proseslərdə birgə fəaliyyət xəttinə əsaslanır.

P.İSMAYILOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see706

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see239

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see159

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see155

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see138

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri